/ / Qubada “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” adlı II beynəlxalq elmi konfrans keçirilir
Qubada “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” adlı II beynəlxalq elmi konfrans keçirilir
10.04.2015 [10:08]
Aprelin 9-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı (1914-1920-ci illər)” adlı II beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Əvvəlcə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Daha sonra ziyarətçilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra beynəlxalq konfransın iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı (1914-1920-ci illər)” adlı II beynəlxalq elmi konfransda əvvəlcə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur).
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında artıq ikinci dəfə keçirilən beynəlxalq tədbirin türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu bildirib. O, qeyd edib ki, beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak edirlər. “Bu kimi beynəlxalq tədbirləri keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarına yönəltmək istəyirik. Ermənilər ortada heç bir fakt olmadan bütün dünyaya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yayırlar. Amma üzə çıxan tarixi faktlar bunun əksini sübut etməkdədir. Biz elm adamları bu faktları araşdırıb beynəlxalq aləmə çatdırmalıyıq”, - deyə A.Əlizadə vurğulayıb.
AMEA-nın prezidenti deyib ki, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərin, soyqırımlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün son illər xeyli işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi bu yöndə atılan olduqca mühüm addımdır.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bu kimi tədbirlərdə aparılan elmi müzakirələrin yeni tarixi faktların üzə çıxarılmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, beynəlxalq konfranslar həm də ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır. Tarixi hadisələrin müzakirə olunması elmi, həm də siyasi əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycan tarixinin araşdırılmasında xüsusilə keçmiş sovet dönəmində bir sıra boşluqlar mövcud olub. Hətta bəzi tarixi hadisələrin tədqiqinə qadağa qoyulub. Müstəqillik əldə edildikdən sonra demokratikləşmə prosesi elmdən də yan keçməyib. 1997-ci ildə Ümummilli lider Heydər Əliyev Azərbaycanın tanınmış alimləri ilə görüşərək tariximizin yenidən, daha dolğun araşdırılması üçün tapşırıqlarını verib. Son illər ölkəmizdə mütəmadi beynəlxalq tədbirlər, humanitar forumlar keçirilir. Bu tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.
Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan və başqaları çıxış edərək, müxtəlif ölkələrdən olan tarixçilərin birgə səyi nəticəsində soyqırımı haqqında həqiqətlərin tam aydınlığı ilə ortaya çıxarılacağına ümidvar olduqlarını bildiriblər.
Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların iştirak etdiyi konfrans işini “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölməsi üzrə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21

