Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aydın Mirzəzadə: Nə zamandan bir ölkənin daxili işləri başqa ölkənin Dövlət Departamenti tərəfindən idarə olunur?!

Aydın Mirzəzadə: Nə zamandan bir ölkənin daxili işləri başqa ölkənin Dövlət Departamenti tərəfindən idarə olunur?!

15.04.2015 [10:52]

“Onların hamısı qrantlar, qeyri-şəffaf maliyyə gəlirləri sayəsində Azərbaycana qarşı, ölkəmizin milli dövlətçilik maraqlarına qarşı çıxış edən adamlardır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramerin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedminin, “Freedom House” təşkilatının direktoru Mark Laqonun, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasotanın, AZAD təşkilatından Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun, Ramiz Yunusun və başqalarının ABŞ-ın dövlət katibi Con Kerriyə ünvanladıqları müraciətlərində ölkəmizə qarşı səsləndirdikləri qeyri-obyektiv və qərəzli iddialara münasibətini bildirərkən deyib.
Müraciətin heç bir normal çərçivəyə sığmadığını deyən Aydın Mirzəzadə qeyd edib ki, ümumiyyətlə, sözügedən müraciətin, məktubun məzmunu çox əcaibdir: “Sanki Azərbaycan ABŞ-ın 52-ci ştatıdır və sanki həmin müraciəti ünvanlayanlar Amerikanın mərkəzi orqanlarına “Azərbaycan ştatında” vəziyyəti normallaşdırmağa yönəlik çağırışlar edirlər. Bu insanlar unudurlar ki, Azərbaycan müstəqil bir dövlətdir. Çünki Azərbaycanın qanunlarını əks etdirən Konstitusiya mövcuddur və ölkəmizdə Azərbaycan vətəndaşlarının iradəsi əsas götürülür. Hər hansı bir ölkənin rəsmi şəxsinə müraciət etməklə, digər ölkənin problemlərini həll etmək olmaz”.
A.Mirzəzadə sözügedən müraciətdə adları hallanan insanlara sual ünvanlayıb: “Anlamıram, doğrudanmı, onlar Azərbaycana məhz bu cür əcaib demokratiya gətirmək istəyirlər?! Nə zamandan bir ölkənin daxili işləri başqa ölkənin Dövlət Departamenti tərəfindən idarə olunur?! Maraqlıdır ki, onlar həmin əcaib müraciətlərində ABŞ qoşunlarının Azərbaycana yürüdülməsi tələbini niyə irəli sürməyiblər?!”
Millət vəkili müraciət sahiblərinin Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiklərini istisna etməyib: “İnanın ki, onlar bunu da etməyə hazırdırlar! Onlar çox istəyərdilər ki, ölkəmizdəki vəziyyət Suriyadakı, Yəməndəki, İraqdakı kimi olsun və onlar onu da çox istəyərdilər ki, Azərbaycanın taleyi Bakıda deyil, digər Qərb ölkələrində həll olunsun”.
Aydın Mirzəzadənin fikrincə, bu gün kimsəyə sirr deyil ki, xaricdə anti-Azərbaycan mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzlər ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər: “Həmin mərkəzlər və oradakı adamlar Azərbaycanda baş verən qlobal inkişaf proseslərini həzm edə bilmirlər, ölkədə əldə edilən uğurları qəbul edə bilmirlər. Azərbaycanın daxili uğurlarının beynəlxalq çərçivəyə çıxmasından çox böyük narahatlıqlar keçirirlər. Çünki onlar həm də Azərbaycanda xüsusi marağı olan insanlardır. Bu baxımdan, beynəlxalq təşkilatlarla, Azərbaycana qarşı çıxan şəxslərlə əməkdaşlıq edənləri milli-dövlətçilik maraqları qətiyyən maraqlandırmır”.
Millət vəkili Con Kerriyə ünvanlanan müraciətin onun tərəfindən ciddi qəbul edilməyəcəyi qənaətində olduğunu da deyib: “Hesab edirəm ki, Con Kerri Azərbaycanı yaxşı tanıyan təcrübəli bir siyasətçi kimi, ona ünvanlanan müraciətin onun səlahiyyətində olmadığını yaxşı dərk edir və bu tipli əcaib müraciətlər Amerikanın özündə də çox böyük gülüş doğurur”.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31