Səfir: Vyetnam Azərbaycanın sülh və sabitliyin qorunması istiqamətində səylərini dəstəkləyir
21.04.2015 [10:07]
Aprelin 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfiri Nquyen Than Şon ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ziyafət Əsgərov Azərbaycan ilə Vyetnam arasında hələ sovet dövründən yaxşı münasibətlərin olduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu var. Qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, tezliklə isə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.
Səfirə yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O deyib ki, hələ sovet dövründə vyetnamlı gənclər Azərbaycan Neft Akademiyasında təhsil alır və ölkələrinə neft mütəxəssisləri kimi qayıdırdılar. Bu gün də bu ənənə davam edir.
Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmaması və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi barədə məlumat verib.
Vyetnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirib ki, bu inkişafın daha da sürətlənməsi üçün var qüvvəsi ilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əmin-amanlığın qorunması istiqamətində səylərini dəstəklədiklərini diqqətə çatdırıb. Ölkələrimizin dostluq münasibətlərindən danışan diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:40
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30

