Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub
17.07.2015 [12:30]
Birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak edib
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
“Azərbaycan xalçaları incəsənətdə” sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barədə ziyarətçilərə ətraflı məlumat verilir.
Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri - milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilir.
Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz “Azərbaycan xalçaları incəsənətdə” sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.
Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.
Ekspozisiyada, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça installyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan installyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video installyasiya nümayiş olunur. Video installyasiya Azərbaycan xalça sənətinin nadirliyindən və dünyada məşhur olmasından, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.
Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Yağlı boya ilə portret və mənzərə janrlarında işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Azərbaycan xalçaları tarixən bütün dünyada çox məşhur olub. Ölkəmizdə xalçaçılığın tarixi də çox zəngindir. Azərbaycan xalçalarının dünya mədəniyyətinə və ümumdünya mədəni irsinə təsiri böyükdür. Bu gün Azərbaycan xalçaları dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur. Azərbaycanın Gəncə, Qarabağ, Quba, Abşeron, Şirvan, Qazax və Təbriz xalçaçılıq məktəbləri də zəngin tarixi dəyərləri ilə seçilib. Bu gün isə Azərbaycanda xalçaçılıq ənənələri qorunur, bu sahə özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizlə yanaşı, bu məsələdə Heydər Əliyev Fondu da mühüm işlər görür. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçaçılıq sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasının nəşri, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələr görülən işlərin tərkib hissəsidir.
“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və ayın 31-dək davam edəcək.
Onu da deyək ki, uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kannda turistlərin ən çox olduğu məşhur Kruazett bulvarında həm də “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri sərgilənir. Burada nümayiş olunan 8 heykəl Azərbaycanın və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə bəzədilib. Bu əsərlər Kann sakinlərində və şəhərə gələn qonaqlarda çox böyük maraq doğurur.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

