Azərbaycanda baş verən müsbət dəyişikliklər ilk andan diqqəti cəlb edir
13.03.2009 [09:32]
Azərbaycan-Qırğızıstan mədəni-ədəbi əlaqələrini inkişaf etdirmək məqsədilə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu silsilə tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasına “Azərbaycan torpaqlarında ermənilərin törətdikləri əməllər tarixi faktlarla” kitabının, eyni zamanda, “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının Azərbaycan Respublikasının Milli Məclisində keçiriləcək təqdimat mərasimi də daxildir. Qeyd edək ki, bu münasibətlə Qırğızıstan parlamentinin nümayəndə heyəti ölkəmizə təşrif buyurub. Nümayəndə heyətinin rəhbəri, Qırğızıstan parlamentinin vitse-spikeri Bayekova çolpon Tursunovna “Yeni Azərbaycan”a müsahibəsində ilk dəfə Azərbaycana 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ hadisələri təzə başlayanda gəldiyini deyib: “Mən həmin vaxt Qırğızıstanda əfsanəvi parlament kimi şöhrət tapmış parlamentdə hüquq komissiyasına rəhbərlik edirdim. Axırıncı dəfə isə keçən il Milli Məclisin 90 illiyində iştirak etmək üçün ölkənizə gəlmişəm. çox fərəhli haldır ki, Azərbaycanda baş verən müsbət dəyişikliklər ilk andan diqqəti cəlb edir. İqtisadi inkişaf bir yana dursun, paytaxtın özündə, insanların həyat şəraitindəki irəliləyişlər dərhal gözə çarpır. Və bir qardaş ölkə olaraq biz buna sevinirik”.
- Qırğızıstanda əhali, o cümlədən, orada yaşayan azərbaycanlıların vəziyyəti barədə nə deyə bilərsiniz?
- Biz heç vaxt Qırğızıstanda yaşayan azərbaycanlılara yad gözü ilə baxmamışıq. Və bu gün orada qırğızlar nə səviyyədə yaşayırlarsa, azərbaycanlılar da o səviyyədə yaşayır. İndi maliyyə böhranı ilə əlaqədar, hər yerdə olduğu kimi, Qırğızıstanda da vəziyyət çətinləşib. Elə ona görə də, indiki şəraitdə qarşılıqlı münasibətləri inkişaf etdirmək xeyli vacibdir.
- Azərbaycan-Qırğızıstan münasibətlərinin səviyyəsi sizi qane edirmi?
- Dövlətlər arasındakı münasibətə gəlincə, hər halda hesab edirəm ki, bunu daha da inkişaf etdirmək məqsədəuyğun olardı.
- Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət ölkəmizdən kənarda necə görünür?
- Tam səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan son illərdə xeyli inkişaf edib və hazırkı Prezident İlham Əliyev Azərbaycanı dövlətin maraqlarını yüksək səviyyədə qorumaqla idarə edir. Bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxa bilərlər. çünki onların xalqın və dövlətin problemlərini dərindən bilən və hətta problemləri həll etmək bacarığına malik Prezidenti var.
- Bildiyiniz kimi, Azərbaycanın 20 faizə yaxın ərazisi işğal olunub. Əgər Azərbaycan ərazilərini hərbi yolla azad etmək zorunda qalacaqsa, Qırğızıstan Azərbaycanı dəstəkləyəcəkmi? Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir şəraitdə, işğalçı Ermənistanla hərbi ittifaqa getməsini necə izah edirsiniz?
- Mən bu sualı cavabsız qoyuram. çünki bu məsələ ilə bağlı danışmaq səlahiyyəti mənə verilməyib. Bircə onu deyə bilərəm ki, müharibə heç kimə xeyir gətirmir.
- Bəs, Azərbaycana budəfəki gəlişinizin məqsədi nədir?
- Parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək, bu məqsədlə bir sıra görüşlər keçirmək, o cümlədən, Azərbaycan xalqının mədəniyyət tarixində qalacaq bir neçə kitabın təqdimatı mərasimində iştirak etmək üçün gəlmişik. Fikrimizcə, bu cür tədbirlər xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

