Vüqar Əliyev: Qəbul olunan qanunlar medianın inkişafına güclü təkan verdi
24.07.2015 [09:33]
“Azərbaycanda medianın inkişafı, kütləvi informasiya vasitələrinin (KİV) müstəqilliyinin təmin edilməsi siyasətinin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz 1995-ci ildə Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında söz, məlumat azadlığı, fikir plüralizmi kimi ali prinsiplər öz əksini tapıb”. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib.
Onun sözlərinə görə, 1998-ci ildə Ümummilli lider Azərbaycanda, post-Sovet məkanında ilk dəfə olaraq senzuranı ləğv etdi: “2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə Azərbaycanda medianın üzərindən dövlət tənzimlənməsi götürüldü. 1999-cu ildə Azərbaycanda dünya standartlarına uyğun informasiya əldə etmək haqqında qanunun qəbul olunması, 2003-cü ildə dövlət, cəmiyyət və media arasında münasibətlərin tənzimlənməsi funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması, 2002-ci ildə Milli Televiziya və Radio Şurasının təsis olunması, sonrakı dövrdə media sahəsində həyata keçirilən islahatlar, qəbul olunan qanunlar Azərbaycanda plüralist, demokratik, müstəqil medianın inkişafına olduqca güclü təkan verdi”.
V.Əliyev əlavə edib ki, Prezident İlham Əliyev 2008-ci ildə Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzalamaqla medianın inkişafı məsələlərinə konseptual yanaşma nümayiş etdirdi, proqram halına gətirdi: “Faktiki olaraq bu addım, həm də bunun tərkib hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis olunması, Azərbaycan mediasına şəffaf şəkildə dövlətin yardımının göstərilməsi özlüyündə ölkə mediasının inkişafı istiqamətində atılan çox önəmli addım idi.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul etdi. Dövlət başçısı Azərbaycan mətbuatının inkişaf perspektivi, qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini açıqladı. Həm Mətbuat Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər, həm də ölkə rəhbərinin irəli sürdüyü fikirlər və sonrakı dövrdə bunların həyata keçirilməsi Azərbaycanda medianın daha da güclənməsi, ölkə mediasının qlobal informasiya məkanında özünü təsdiq etməsi və bir faktora çevrilməsi üçün çox önəmli addımlar olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02

