Belarusun Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Qafqaz Müsəlmanları İdarəsində olub
04.08.2015 [01:51]
Avqustun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə N.Patskeviç Azərbaycanda diplomatik xidmətdə olduğu 9 ili həyatının dəyərli illəri kimi qiymətləndirdiyini bildirib. Bu illər ərzində Azərbaycan xalqı və dövlətinin əldə etdiyi tərəqqi və nailiyyətlərin şahidi olmaqdan məmnunluğunu bildirən səfir Azərbaycan və Belarus xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyini diqqətə çatdırıb.
Azərbaycanın müdrik dövlət başçısı ilə ünsiyyətlərini rəğbətlə xatırlayan N.Patskeviç ölkəmizin uğurlarının təməlində məhz Prezident İlham Əliyevin möhkəm iradəsinin və ardıcıl səylərinin durduğunu qeyd edib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların real tolerantlıq və əsl multikultural həyat tərzinə heyran olduğunu deyən diplomat Belarusla Azərbaycan arasında bu baxımdan oxşarlıqlardan böyük məmnunluq duyduğunu bildirib.
Səfir Azərbaycan xalqının, Qafqazın tanınmış, nüfuzlu şəxsiyyəti kimi səciyyələndirdiyi şeyxülislam Allahşükür Paşazadə ilə səmimi görüşlərini və söhbətlərini, onun xeyir-dualarını heç zaman unutmayacağını xüsusi vurğulayıb. O bildirib ki, beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verən QMİ sədri Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək mötəbər beynəlxalq tədbirlərdə iştirak edib. A.Paşazadənin Belarusun fəxri mitropoliti Filaret ilə uzun illər ərzində qardaşlıq münasibətlərinin və əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Belarusun duayen səfirinə xalqlarımız, dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirən şeyxülislam A.Paşazadə N.Patskeviçə gələcək fəaliyyətində uğurlar diləyib.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04

