“Deutsche Welle”nin qərəzli mövqeyi Azərbaycan-Almaniya əməkdaşlıq münasibətlərinə ziddir
05.08.2015 [08:56]
Bu media qurumunun öz çəkiliş qrupunu qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması deməkdir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafı və təhlükəsizliyinə əsaslı töhfələr verir.
Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə də, həmin dairələrin əlində alət olan, forpost kimi çıxış edən təcavüzkar Ermənistanın dağıdıcı mövqeyini müdafiə edən bu qüvvələr Azərbaycanın qeyd-şərtsiz ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər.
Ümumiyyətlə, Azərbaycanın bu məsələdə qəti mövqeyini anlamaq üçün o qədər də dərin siyasi biliklərə malik olmaq lazım deyil. Qeyd etdiyimiz kimi, müəyyən olunmuş hədəflər və prioritetlər əsasında reallaşdırılan xarici siyasət kursunun ən başlıca istiqamətlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təşkil edir. Bu səbəbdən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili standartlarla yanaşmasına baxmayaraq, Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçıya qarşı ədalətli olaraq təzyiq siyasətini davam etdirir. Sözsüz ki, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması və onun daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər.
Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli uğurlar əldə edildiyi göz önündədir. Bu baxımdan onu da qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan Respublikasının xarici əlaqələrində mühüm istiqamətlərdən birini ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması gerçəkliyi və onun nəticələri, konfliktin regionun stabil gələcəyinə mənfi təsiri barədə obyektiv informasiyanın müxtəlif dövlətlərə və beynəlxalq qurumlara çatdırılması siyasəti təşkil edir. AŞPA, İƏT, ATƏT, BMT və digər qurumlar tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyini göstərən qərar və qətnamələr belə nümunələrdir.
Lakin təəssüf ki, müəyyən dairələrin ruporuna çevrilən bəzi transmilli media strukturları ölkəmizin ərazi bütövlüyünü sual altına alan məlumatları dövriyyəyə buraxır, təxribatçı informasiyalarla çıxış edirlər. Bu baxımdan, Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkətinin 31 iyul 2015-ci il tarixli “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı qərəzli verilişini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin qeyd etdiyi kimi, “DW”in öz çəkiliş qrupunu qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması deməkdir.
Məsələ ondadır ki, verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin fikirlərinə yer verilib.
Bu məqamda “Deutsche Welle” kimi qərəzli media qurumlarına xatırlatmaq lazımdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 fazini işğal altında saxlayır və işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər beynəlxalq hüquq normalarına ziddir. Eyni zamanda, işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin fikirlərinə yer verən “Deutsche Welle” nəzərə almalıdır ki, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” faktiki destabillik mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının heçə sayılmasının bariz göstəricisidir. Beynəlxalq hüquq normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir. BMT-nin nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir akt həyata keçirilə bilməz”.
“Deutsche Welle”nin bu cür mövqeyi həm də Azərbaycan-Almaniya münasibətlərinin mahiyyətinə ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin qeyd etdiyi kimi: “Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT Minsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20

