/ / Şəki-Zaqatala bölgəsini əhatə edən Dairə Seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar başa çatıb
Şəki-Zaqatala bölgəsini əhatə edən Dairə Seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar başa çatıb
27.08.2015 [09:56]
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən seçki dairələri Dairə Seçki komissiyalarında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar avqustun 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, 115 saylı Şəki kənd ikinci seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kurslarda dairənin tərkibinə daxil olan 42 məntəqə seçki komissiyasının sədrləri və Dairə Seçki Komissiyasının üzvləri iştirak edib. Tədris prosesinin başlanğıcında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov, MSK katibliyinin əməkdaşı Rüstəm Babayev və Dairə Seçki Komissiyasının sədri Rasim Əzizov çıxış edərək kursların məqsəd və vəzifələri barədə danışıblar. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi sahəsində görüləcək işlərin kompleks proqramıdır. Proqramın müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası seçkilər ərəfəsində yerlərdə ixtisaslaşdırılmış kurslar təşkil edir. Bu kurslar dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkarlığının yüksəldilməsi və hüquqi biliklərinin artırılması baxımından çox əhəmiyyətlidir.
Üç gün davam edən tədris prosesində “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması”, Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” və digər mövzularda məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Məşğələləri Şəki şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəfail Manafov, rayon polis şöbəsinin rəisi Əbülfət Rzayev, şəhər məhkəməsinin hakimi Elçin Mehdiyev, həmçinin rayon prokurorluğunun məsul nümayəndələri aparıblar.
112 saylı Qax seçki dairəsi Dairə Seçki Komissiyasında keçirilən ixtisaslaşdırılmış kurslar da tədris proqramına uyğun olaraq üç gün davam edib. Kursda dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin sədrləri, həmçinin Dairə Seçki Komissiyasının üzvləri iştirak ediblər. Tədris prosesində dinləyicilərə seçki prosedurları ilə bağlı məsələlər ətraflı izah edilib. Seminarları Mərkəzi Seçki Komissiyasının redaksiya və nəşr şöbəsinin müdiri Zirəddin Cəlilov, şöbənin əməkdaşı Xosrov Eminov, həmçinin rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizami Əhmədov, rayon prokuroru İslam Qasımov, rayon polis şöbəsinin rəisi Cümşüd İsmayılov, rayon məhkəməsinin sədri Atabəy Kiçibəyov və dairə seçki komissiyasının sədri Abdukərim Əliyev aparıblar.
İxtisaslaşdırılmış kurslar şimal-qərb bölgəsində fəaliyyət göstərən 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən, 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci, 117 saylı Oğuz-Qəbələ seçki dairələri Dairə Seçki komissiyalarında da müvəffəqiyyətlə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

