Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb
02.09.2015 [10:14]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya rəsmi səfəri yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Yaponiyanın “Nikkey”, “Atari Asahi”, Hokkaydo”, “Mainiçi” kimi tanınmış qəzetləri Azərbaycan nümayəndə heyətinin səfəri barədə məqalələr dərc edib, bir sıra televiziya kanalları isə bu mövzuda xəbərlər yayıb.
Həmin məlumatlarda bildirilir ki, son illər sürətli inkişafı ilə bütün dünyada tanınan Azərbaycanın Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 25-dən Yaponiyada rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, hakim Liberal Demokratik Partiyasında və Yaponiya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində mühüm görüşlər keçirib. Həmin görüşlərdə iki dost ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Məqalələrdə səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənovun Sapporo şəhərinə gələrək artıq 10 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərə optometrik xidmət göstərən “Fuji Optical Co.LTD” şirkətinin rəhbərliyi ilə görüşünə xüsusi yer verilib. Qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə şirkət 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərir. Ötən müddətdə şirkət tərəfindən 43 mindən çox yüksək keyfiyyətli optik eynək və digər vasitələr təmənnasız olaraq Azərbaycana aparılıb və bu təbəqədən olan insanlara paylanılıb. Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirib.
Yazılarda yapon jurnalistlər üçün təşkil olunan mətbuat konfransında Əli Həsənovun Azərbaycan, onun coğrafi mövqeyi, yaxın tarixi, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın əsassız ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, ölkə rəhbərliyinin enerji siyasəti barədə verdiyi ətraflı məlumatlara da yer ayrılıb. Yapon jurnalistlərin suallarını cavablandıran Baş nazirin müavini vurğuayıb ki, havadarlarının dəstəyinə arxalanan Ermənistanın işğalçı siyasətinə, ölkəmizin cəlb edildiyi əsassız münaqişəyə və bunun nəticəsində yaranmış problemlərə baxmayaraq, Prezident İlham Əliyevin dərindən düşünülmüş siyasəti nəticəsində ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında xüsusi yer tutur. Ölkə rəhbərliyinin təbii sərvətlərdən bacarıqla istifadə etməsi nəticəsində Azərbaycan görünməmiş inkişafa nail olaraq, regionun lider dövlətinə çevrilib.
Azərbaycanın qarşıya böyük hədəflər qoyaraq onlara doğru qətiyyətlə irəlilədiyinin qeyd olunduğu yazılarda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə də məlumat verilib. Bildirilib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməsi barədə dörd qətnaməsinə baxmayaraq, bu ölkə hələ də işğala son qoymaq istəmir.
Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlara yardım edən ölkələrdən biri də məhz Yaponiya olub.
“Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Baş nazirin müavini bu xeyirxah missiyanın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını qeyd edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

