“Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz”
22.09.2015 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) bəzi partiyaların noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməsi məsələsinə münasibət bildirib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Trend”ə deyib ki, bəzi partiyaların seçkidən imtina etməsinin bir neçə səbəbi ola bilər: “Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısını açıqladıqdan sonra həmin dairələrdən namizədlərini elan etmiş bəzi partiyalar, təşkilatlar gördülər ki, o dairələrdən seçkidə daha güclü namizədlər iştirak edəcək. Yəni burada onların səs toplaması mümkün deyil. Bəzi təşkilatlar yerlərdə namizəd irəli sürməyə adam tapa bilmir və seçkidən imtina etməklə bunu ört-basdır etməyə çalışırlar”.
S.Novruzov deputatlığa namizədlərə qarşı təzyiqlərin olması barədə səsləndirilən iddiaları əsassız hesab edir: “Məsələn, şəxs var ki, namizədliyini irəli sürüb, qardaşı 2 ay bundan əvvəl qızıl alveri üstündə məsuliyyətə cəlb olunub. İndi həmin şəxs bu hadisəni seçkilərlə bağlayır. Amma araşdırma göstərir ki, hadisə iki ay əvvəl, həmin şəxsin namizəd olması bəlli olmayan vaxtda baş verib, amma iddia edir ki, namizəd olduğuna görə qardaşı həbs olunub. Belə qondarma uydurmalar mövcuddur”.
S.Novruzovun sözlərinə görə, ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər: “Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz. Seçki Məcəlləsində göstərilib ki, alternativlik olmalıdır. Bir dairədən iki namizəd irəli sürülürsə, burada artıq seçki baş tutmuş hesab olunur. Bu gün bütün dairələrdə alternativlik mövcuddur”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

