Azərbaycan multikulturalizmi İsveçrədə
29.09.2015 [10:10]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində İsveçrənin Frayburq Universitetində tədrisə başlanılıb. Bu barədə AZƏRTAC-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bu günlərdə keçirilən ilk mühazirəni Mərkəzin nümayəndəsi Kamal Qasımov və Frayburq Universitetinin ictimai elmlər fakültəsinin professoru Ansgar Jodike oxuyub. Mühazirə fənninin giriş mövzusu Azərbaycanın tarixinə, mədəniyyətinə, ölkəmizdə sülh və əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif konfessiyaların və çoxsaylı etnik qrupların vəziyyətinə, eləcə də dövlətimizin uğurla apardığı multikulturalizm siyasətinə həsr edilib. İlk mühazirədə İsveçrənin Frayburq və Bern universitetlərinin avropaşünaslıq, dinşünaslıq və şərqi avropaşünaslıq ixtisasları üzrə magistrlərı iştirak ediblər.
Azərbaycan bütün dövrlərdə dini tolerantlıq, dözümlülük məkanı olub. Müstəqillik dövründə müsbət meyillər nəinki qorunub saxlanılıb, eyni zamanda, inkişaf etdirilib və mənəvi dəyərlərə diqqət daha da artırılıb. Ölkəmizin bütün təşəbbüsləri regional əməkdaşlıq üçün əlverişli şərait yaratdığı kimi xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meyilləri daha da gücləndirir.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri millətlərarası münasibətlərin inkişafında Azərbaycanın tolerantlıq təcrübəsini yüksək qiymətləndirərək bildirir ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan çox vacib mövzulara həsr olunan beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Çox mürəkkəb, regional və beynəlxalq vəziyyətdə yaşadığımız bu dövrdə sülhün, mədəniyyətlərarası dialoqun təşviqi mədəniyyətlərin yaxınlaşması üçün başlıca amillərdən biridir və bu da dünya sivilizasiyasını xilas edə bilər. Dünyada baş verən həddindən artıq ciddi təhlükələr məhz dialoqun azlığından, qarşılıqlı anlaşmanın olmamasından irəli gələn problemlərdir”.
Dövlət başçısının multikulturalizm sahəsində atdığı nəhəng addımlar növbəti mərhələlərdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə BBMM bu sahədə böyük layihələr həyata keçirir. Bu layihələrdən ən diqqət çəkəni “Xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi” layihəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi 2015-ci ilin yaz semestrindən etibarən fevral-mart aylarında 7 xarici ölkə universitetini - Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, Gürcüstanın İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti, Litvanın Pedaqoji Universiteti, Çexiyanın Praqa Karlov Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İtaliyanın Roma Sapienza Universiteti, Belarusun Dövlət Universitetini əhatə edirdi. Semestr ərzində 7 xarici ölkə universitetində 350-dən çox tələbə bu kursa cəlb edilib. Sonda isə kursu dinləyən ən uğurlu tələbələrin iştirakı ilə bu ilin 21 iyul-1 avqust tarixlərində Bakı, Quba, Qusar, Xaçmaz və Nabranda “Multikultural Azərbaycan: Öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi təşkil edilib.
2015-2016-cı dərs ilinin payız semestrindən etibarən 7 universitetlə yanaşı, daha 4 xarici ölkə universiteti bu layihəyə cəlb olunub. Bunlar İsveçrənin Frayburq, Portuqaliyanın Lusofona, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət və Türkiyənin Ərciyəz universitetləridir.
2015-2016-cı tədris ilinin yaz semestrindən isə Almaniyanın Auqsburq və Vürzburq, Polşanın Varşava, ABŞ-ın Hyuston, Rusiyanın Xalqlar Dostluğu və İndoneziyanın Gajah Mada universitetləri də artıq bu layihəyə qoşulmaq istəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14

