Azərbaycan-Türkiyə birgə gömrük komissiyasının ilk toplantısı keçirilib
03.10.2015 [11:14]
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq oktyabrın 2-də Bakıda komissiyanın ilk toplantısı keçirilib. Toplantıda Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, toplantıda iki ölkə arasında ticarət əlaqələrinin hazırkı vəziyyəti, mövcud gömrük və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, problemlər və onların həlli yolları, gömrük rəsmiləşdirilməsi, əməliyyatların sadələşdirilməsi kimi məsələlər müzakirə olunub.
Aydın Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Gömrük xidmətini yaradanda Türkiyə təcrübəsindən istifadə edildiyini deyən DGK sədri iki ölkə arasında gömrük sahəsi üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı isə Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası layihəsinin gedişi ilə hər həftə maraqlandığını bildirilib. O, bu xəttin tikintisinin intensivləşdirilməsi üçün Türkiyənin nəqliyyat naziri ilə danışdığını deyib.
Toplantının yekununda Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komissiyasının fəaliyyətinin təşkili üzrə protokol imzalanıb. Protokolu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı imzalayıblar. Protokolda hər iki tərəfi maraqlandıran tədbirlərin keçirilməsi və məsələlərin müzakirə olunması nəzərdə tutulub. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin reallaşdırılması ilə bağlı iki ölkənin gömrük orqanları qarşısında dayanan öhdəliklər əks olunub. Gömrük yoxlamaları, risklərin idarə edilməsi sahəsində əməkdaşlıq və digər məsələlər üzrə məlumat mübadiləsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxElm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15

