Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gəncədə keçirilən treninqlər 4 dairə seçki komissiyasının 109 məntəqəsini əhatə edəcək

Gəncədə keçirilən treninqlər 4 dairə seçki komissiyasının 109 məntəqəsini əhatə edəcək

14.10.2015 [10:00]

Mərkəzi Seçki Komissiyasının 2015-ci il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi layihəsinin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən həyata keçirdiyi məntəqə seçki komissiyaları üzvləri üçün treninqlərə Gəncədəki dairə seçki komissiyalarında da uğurla başlanılıb.
Gəncədəki 37 saylı Nizami I (Gəncə), 38 saylı Nizami II (Gəncə), 39 saylı Kəpəz I (Gəncə) və 40 saylı Kəpəz II (Gəncə) dairə seçki komissiyalarında keçirilən treninqlərdə “Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri”, “Səslərin hesablanması”, “Yekun protokolun doldurulması” və sair mövzularda çıxışlar dinlənilib.
38 saylı Nizami II (Gəncə) dairə seçki komissiyasının sədri Rəfail Xəlilov AZƏRTAC-a deyib ki, gündə iki məşğələ keçirilməklə, hər məşğələdə 6 məntəqə üzvünün iştirakı nəzərdə tutulub. Treninqlərdə əsas diqqət seçki prosesi zamanı seçicilərin öz mövqelərini sərbəst şəkildə ifadə etmələri, sənədlərin saxlanılması, bildirişlərin paylanması, seçkiqabağı təşviqat şəraitinin yaradılması, seçici siyahıları ilə işin aparılması və sair məsələlərə yönəldilib, iştirakçıların suallarına aydınlıq gətirilib.
Treninqlər, ümumilikdə Gəncədəki 4 dairə seçki komissiyasının 109 məntəqəsini əhatə edəcək.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31