/ / Nur Xolis: İndoneziya Azərbaycanla insan hüquqları sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Nur Xolis: İndoneziya Azərbaycanla insan hüquqları sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
23.10.2015 [10:39]
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nur Xolisin ölkəmizə səfərindən məmnunluğunu ifadə edən X.Xələfov iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinin qaneedici olmadığını söyləyib. Nazir müavini BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin Ermənistan tərəfindən 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbirin görülmədiyini vurğulayıb.
Ermənistan tərəfindən törədilən vəhşiliklər, xüsusilə Xocalı soyqırımını qeyd edən nazir müavini rəsmi Yerevanın işğalçı siyasətinin ifşa olunması, Azərbaycanın hüquqlarının bərpa edilməsi üçün hökumətimizin beynəlxalq səviyyədə göstərdiyi səylərdən danışıb. O, bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarı diqqətə çatdırıb.
Nur Xolis ölkəsinin Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycana səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyada tanıdılmasından ibarət olduğunu qeyd edib.
Görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

