“Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi hazırlanıb
03.12.2015 [10:39]
Dekabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirə olunub. Həmçinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsinə dair qanun layihələri müzakirə edilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, müzakirə ediləcək qanun layihələrinin günün tələblərini əks etdirdiyini söyləyib.
Komitə sədri bildirib ki, dünyada, regionda və ölkəmizdə baş verən hadisələr “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin qəbul olunmasına və digər bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər edilməsinə zərurət yarandığını göstərir. Komitə sədri bəzi xarici dairələrin öz ideyalarını Azərbaycanda din pərdəsi altında həyata keçirmək istədiklərini bildirib. Sözügedən qanunların belə hallarla mübarizə aparmaq üçün önəmli olduğunu vurğulayıb. Kimliyindən və harada yaşamasından asılı olmayaraq hər kəsin qanun qarşısında eyni olduğunu söyləyən S.Novruzov qeyd edib ki, dini ekstremizmlə məşğul olanlar ciddi cəzalandırılmalıdır. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini və heç bir qüvvənin ölkəmizin inkişafına mane ola bilməyəcəyini deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim olunmuş qanun layihələrinin əhəmiyyətindən danışıb. O, ictimaiyyətdə dini ekstremistlərlə bağlı böyük narahatlıq yarandığını, insanların parlamentə çoxsaylı müraciət etdiklərini, ölkəmizin təhlükəsizliyi baxımından müzakirə edilən qanun layihələrinin önəmli olduğunu vurğulayıb.
İclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycanda 2166 məscid var. İndiyədək 3 minə yaxın Azərbaycan gənci xaricdə dini təhsil alıb və ya hazırda təhsilini davam etdirir. Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrə xas adət-ənənələri də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif siyasi çalarlar olan atributlar olmamalıdır.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə əsasən dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq. Dəyişikliyə əsasən İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan edilir. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə ediləcək. Belə ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə iki min manatdan beş min manatadək cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Eləcə də Azərbaycanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparanlar bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəsinə də yeni əlavələr ediləcək. Nəzərdə tutulur ki, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi və Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, yaxud düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı dini münaqişədə iştirak etməsi, yaxud həmin münaqişəyə digər şəxsi cəlb etməsi və ya bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Azərbaycanda təhsildən yayınan şagirdlərə da cərimələr tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə şagirdin valideyni yüz manat miqdarında cərimə ediləcək.
Deputatlar qanun layihələri haqqında fikirlərini bildirib, təkliflər irəli sürüblər. Qeyd edilib ki, qanun layihələri reallığı əks etdirir, müvafiq orqanların dini ekstremistlərə qarşı mübarizədə səlahiyyətlərini daha da artırır. Bu layihələr ölkəmizin inkişafına mane olmaq istəyən qüvvələrin qarşısının alınması baxımından vacibdir.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

