“əl-Cəzirə”: Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı
10.12.2015 [10:10]
Məşhur “əl-Cəzirə” jurnalının noyabr nömrəsində “Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı” adlı məqalə dərc edilib.
“əl-Cəzirə” Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və “əl-Cəzirə” televiziyasının İran məsələləri üzrə müşaviri doktor Fatimə əs-Samədinin müəllifi olduğu məqalə oxucuları Azərbaycan tarixi ilə, onun zəngin mərhələləri ilə yığcam şəkildə tanış edir. Müəllif yazır: “Azərbaycanın şahidi olduğu müxtəlif tarixi mərhələlər qədim bəşər irsinə sahib olan bu ölkədə formalaşmış mədəni komponentlərdə böyük iz qoyub. Orada, Qobustanda tarixi qədim daş dövrünə gedib çıxan ən qədim insan məskənlərindən birinin izləri var. Bu izlər Quruçay mədəniyyəti və bəşər mədəniyyətinin inkişafı ilə bağlıdır, Azərbaycandakı bir neçə mağarada üst paleolit və son tunc dövrlərinə aid mədəniyyətləri göstərir”.
Bakı hava limanına çatanadək tədqiqatçı həmkarlarının Azərbaycanda ehtiyatlı davranmaq barədə tövsiyələrinin onu tərk etmədiyini bildirən müəllif ölkəmizin paytaxtında bunun əksinin şahidi olduğunu vurğulayır. O, ölkəmizdəki dinlərarası tolerantlığı “Azərbaycan nümunəsi” adlandıraraq cəmiyyətin əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı, burada müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığını bildirir. Eyni zamanda, ölkəmizin geosiyasi mövqeyinin üstünlüklərindən və qarşılaşdığı çətinliklərindən bəhs edir.
“Azərbaycan geosiyasi mövqeyinin ona verdiyi üstünlükləri dərk edir və bundan irəli gələn imkanları genişləndirməyə çalışır. O, Şərqlə Qərb arasında əsas ticarət və enerji yollarının qovuşuğunda yerləşən ölkədir. Dünyəvi sisteminə baxmayaraq, özünün islam dünyası və irsi ilə bağlılığını qırmayıb və buna səy göstərmir. O, Avropa ilə Asiya arasında təbii körpüdür. Habelə xristian dünyası ilə islam dünyası arasında körpü, yerləşdiyi bütün region üçün olduqca mühüm dəhliz və enerji qapısıdır”, - deyə Fatimə əs-Samədi yazır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

