Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı davam edir
29.01.2016 [09:52]
Silahlı Qüvvələrin birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti kafedraların rəisləri ilə keçirilən təlim-metodiki toplantı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev növbəti günün proqramını elan edib. Sonra polkovnik Abdulla Qurbani müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 2015-ci ildə yerli icra hakimiyyəti orqanları, müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən tədbirlərdən və onların Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldilməsindəki müstəsna rolundan danışıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Silahlı Qüvvələrin dövlətin əsaslarını təşkil edən mühüm təsisatlardan biri olduğunu, ölkənin təhlükəsizliyini və müdafiəsini təmin etdiyini vurğulayıb.
Hərbi kollektivlərin əsasən gənclərdən ibarət olduğunu diqqətə çatdıran professor Əli Həsənov şəxsi heyətlə iş zamanı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin əsas aspektlərinin operativ və dolğun şəkildə onlara çatdırılmasını xüsusi qeyd edib. Hərbi qulluqçuların mətin, iradəli, vətənsevər gənc kimi formalaşaraq ictimaiyyətə inteqrasiyasında hərbi xidmətin əvəzsiz rolundan, bu sahədə şəxsi heyətlə iş üzrə zabitlərin potensialından səmərəli istifadənin zəruriliyindən, əsgərlərin dünyagörüşünün milli mənəvi dəyərlər əsasında formalaşdırılmasından, onlarda Azərbaycan dövlətçiliyinə, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqət hisslərinin aşılanmasından və bütün bunların ordu quruculuğunda əhəmiyyətindən danışıb.
Qlobal maliyyə böhranı və kəskin geostrateji mübarizə şəraitində ölkəmizin mövcud sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tolerantlığın ölkəmizdə həyat tərzi olması və bir sıra vacib mövzulara toxunan Əli Həsənov toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışı da toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. M.Qurbanlı Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışıb. Qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi barədə Sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkəmizin nüfuzunu daha da artırıb.
Sonda şəxsi heyətin suallarını cavablandıran komitə sədri Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb. M.Qurbanlı bu istiqamətdə tədbirlərin həyata keçirildiyini bildirib.
Təlim-metodiki toplantı işini davam etdirir.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

