BMT Baş katibinin müavini UNEC-də olub
04.02.2016 [09:45]
BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Şamşad Axtar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Ş.Axtarın iştirakı ilə keçirilən sessiyada UNEC-in rektoru, professor Ədalət Muradov iştirakçılara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC ölkə xaricində filialı olan yeganə ali təhsil ocağıdır. Universitetin hədəflərinı açıqlayan rektor UNEC-in Webometrics reytinqə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğunu qeyd edib. Bu gün isə UNEC-in QS reytinqinə düşməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.
İqtisad Universitetində olduğundan məmnunluğunu bildirən xanım Şamşad Axtar UNEC-dəki yenilikləri yüksək qiymətləndirib. Ş.Axtar regiondakı hazırkı iqtisadi vəziyyətin perspektivləri barədə danışıb, ölkələr üzrə real ÜDM və inflyasiya haqqında məlumat verib, həmçinin BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinı açıqlayıb.
Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətlərindən danışıb. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fariz Rzayev təhsildə beynəlxalq əlaqələrin rolunu vurğulayaraq, dünya səviyyəli təhsilin ölkəyə gətirilməsində bunun əhəmiyyətini qeyd edib. Sessiyada dövlət qurumları və özəl sektorun nümayəndələri, eyni zamanda, UNEC-in professor-müəllim heyəti iştirak edib.
Sessiyadan sonra xanım Ş.Axtarla UNEC rektoru Ə.Muradovun görüşü olub. Görüşdə birgə əməkdaşlıq, gələcək perspektivlər barədə danışılıb. UNEC-də UNESCAP-ın beynəlxalq ticarət üzrə mərkəzinin yaradılması, tələbələrin UNESCAP Katibliyində, yaxud UNESCAP-ın Almatı şəhərində yerləşən Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin UNEC-in kitabxanasına töhfə edilməsi və digər məsələlər müzakirə edilib. Tərəflər uyğun mövzular üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və UNEC-in professor-müəllim heyətinin UNESCAP-ın tədbirlərinə dəvət olunması haqqında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19

