Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskvada MDB ölkələrinin beynəlxalq iqtisadi forumu keçirilib

Moskvada MDB ölkələrinin beynəlxalq iqtisadi forumu keçirilib

19.03.2016 [10:17]

Martın 18-də Moskvada MDB üzvü olan ölkələrin “25 il birlikdə: qarşılıqlı fəaliyyətin yeni formatları” mövzusunda beynəlxalq iqtisadi forumu və Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının növbəti iclası keçirilib.
Tədbirlərdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Forumda MDB İqtisadi Şurasının üzvləri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərləri, MDB üzvü olan ölkələrin iqtisadiyyat, maliyyə, sənaye və ticarət nazirliklərinin rəhbər işçiləri, hakimiyyət orqanlarının, ticarət-sənaye palatalarının, sahəvi qurumların və bank birliklərinin nümayəndələri iştirak ediblər.
Forumdan əvvəl keçirilən MDB İqtisadi Şurasının 69-cu iclasını açan MDB-nin icraçı katibi Sergey Lebedev tədbir iştirakçıları adından Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovu Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Sonra iclasda Birlik dövlətləri arasında azad ticarət zonası haqqında sazişin dövlət tədarükləri qaydaları və prosedurlarının nizama salınmasına dair protokol, elektrik enerjisi obyektlərində qəzalar haqqında informasiya mübadiləsi haqqında saziş, MDB dövlətlərinin intellektual mülkiyyət bazarının yaradılması konsepsiyası, internet şəbəkəsində etimad məkanının yaradılmasına dair əsas yanaşmalar layihələri və digər sənədlər təsdiq edilib. İclasda qeyd olunan rəylər və iradlar nəzərə alındıqdan sonra sənədlər MDB Hökumət Başçıları Şurasının müzakirəsinə veriləcək.
MDB İqtisadi Şurasının növbəti iclası mayın 27-də Moskvada keçiriləcək.
Şuranın iclası başa çatdıqdan sonra “25 il birlikdə: qarşılıqlı fəaliyyətin yeni formatları” mövzusunda beynəlxalq iqtisadi forum öz işinə başlayıb.
Forum çərçivəsində “İmkanların təqdimatı” adlı layihələr sərgisi, kontakt-kooperasiya birjası və tematik sessiyalar keçirilib, “MDB biznesinin liderləri”, “İqtisadi inteqrasiya liderləri” döş nişanları təqdim edilib.

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31