/ / YAP Sədrinin müavini Əli Əhmədov Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüşüb
YAP Sədrinin müavini Əli Əhmədov Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüşüb
06.05.2016 [10:27]
Mayın 5-də Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Yaponiya Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanakanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişaf perspektivlərindən, eləcə də Azərbaycan ilə Yaponiya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs olunub. YAP Sədrinin müavini Əli Əhmədov Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirib. Öz növbəsində, qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli tərəqqiyə nail olan ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşərək, Yaponiyanın mühüm geosiyasi məkanda yerləşən Azərbaycanla parlamentlərarası əlaqələrinin, siyasi, iqtisadi əməkdaşlığının daha da inkişafında, eləcə də Yaponiya şirkətlərinin Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrdə iştirakının genişləndirilməsində maraqlı olduğunu bildiriblər.
YAP Sədrinin müavini Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək Azərbaycanın konfliktin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə çalışdığını bildirib. Yaponiya nümayəndə heyətinin rəhbəri K.Tanaka son zamanlar cəbhə xəttində yaranan gərginlik nəticəsində həlak olanların yaxınlarının kədərini bölüşdüyünü qeyd edərək münaqişənin ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində tezliklə həll olunacağına ümidini ifadə edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İcra katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, eləcə də Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun fəaliyyətdə olan Baş direktoru, Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva, Liberal Demokrat Partiyasının İnformasiya Bürosunun Baş direktor müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Naqasaka, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və Yaponiya səfirinin birinci katibi Ko Obata da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09

