Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edəcək

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edəcək

24.05.2016 [10:11]

Mayın 23-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb.
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik sahəsində idarələrarası əməkdaşlıq məsələlərinə toxunub.
Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Təhlükəsizlik Şurasının katibi Menq Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31