Elektron tibbin multidissiplinar problemlərinin həlli yolları araşdırılıb
25.05.2016 [10:22]
Müasir dövrdə insan sağlamlığının keşiyində duran səhiyyə sisteminin, tibb elminin inkişafı istənilən ölkənin dayanıqlı inkişaf strategiyasının başlıca hədəflərindəndir. Elmi-texniki tərəqqinin geniş vüsət aldığı dövrdə böyük əhəmiyyət daşıyan məsələlərdən biri də müvafiq sahədə qabaqcıl texnologiyaların tətbiqi ilə elektron tibbin inkişaf etdirilməsi və mövcud problemlərin həllidir. Hazırda dünyada səhiyyənin informasiyalaşdırılması, elektron tibb xidmətlərinin keyfiyyətinin artırılması üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycanda da bu istiqamətdə müvafiq iş aparılır. Belə ki, səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması, tibdə qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır, dünyanın qabaqcıl ölkələri ilə əlaqələr yaradılır və birgə layihələr reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun rəyasət heyətinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin (ATU) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib. Tədbirin keçirilməsinin məqsədi elektron səhiyyənin formalaşdırılmasına elmi dəstəyin verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əlaqələrin qurulması olub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron tibbin multidissiplinar problemlərinə həsr olunan ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. Bildirilib ki, elektron tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfrans böyük əhəmiyyət daşıyır.
Akademik səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunan nailiyyətlərə əsaslanmağın, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, İKT-nin müxtəlif sahələrdə, o cümlədən tibbdə tətbiqi Prezident İlham Əliyev tərəfindən prioritet məsələ kimi müəyyənləşdirilib. Dövlətimizin başçısının rəhbərliyi və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkədə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.
A.Əlizadə bildirib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən biri də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsidir. Prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmaların aparılması əsas hədəflərdəndir. Ölkədə biotibbi informatika, elektron tibb problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatların aparıldığını, müxtəlif klinikalarda elektron tibbin formalaşdırılması istiqamətində praktik işlərin həyata keçirildiyini diqqətə çatdıran AMEA-nın prezidenti müvafiq istiqamətdə tədqiqatlarla bağlı bir sıra təşkilati və metodoloji problemlərin olduğunu qeyd edib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda elektron tibbin formalaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlar barədə danışıb. Bildirilib ki, bu istiqamətdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində kompleks tədbirlər həyata keçirilir. Nazir müavini elektron tibbin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işlərdən də söz açıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Biotibb elmlərinin inkişafında yüksək texnologiyaların rolu” mövzusunda çıxışında ölkəmizdə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan bəhs edib. Vurğulanıb ki, son zamanlar səhiyyə sistemində uğurlu islahatlar aparılır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektləri tikilərək istifadəyə verilib. Eyni zamanda, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsulları klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edilir, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlər görülür.
Akademiyada biotibb sahəsinin inkişaf tarixinə toxunan Ə.Əmiraslanov qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bioinformatika məktəbinin əsası qoyulub. Azərbaycanda elektron elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompyuter texnologiyalarının böyük imkanlar vəd etdiyini deyən akademik herontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun yaradılması dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasında mühüm addımlardandır.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda çıxış edərək, elektron tibbin elektron hökumətin tərkib hissəsi olduğunu və müvafiq sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində elektron tibb sahəsində həyata keçirilən tədqiqatlardan söz açaraq bildirib ki, bu istiqamətdə dünyanın qabaqcıl elmi mərkəzlərində aparılan araşdırmaların vəziyyəti təhlil olunub, elmi-nəzəri və praktik problemlər identifikasiya edilib.
R.Əliquliyev molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılmasının, elektron tibdə “Big Data” və “Data Mining” texnologiyalarının tətbiqi imkanlarının öyrənilməsinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, elektron tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dərs vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi vacibdir. Akademik deyib: “Ölkədə elektron tibbin formalaşması və inkişafına dair dövlət proqramının işlənilməsi və həyata keçirilməsinə böyük ehtiyac var. Qeyd olunan problemlərin araşdırılması üçün ölkəmiz böyük intellektual potensiala malikdir”.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyevin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud tibbi informasiya sistemlərinin imkanları haqqında”, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin “Tibbi təhsildə kompyuter texnologiyaları”, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin “Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri”, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramovun “Təbabətdə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər” mövzularında məruzələri dinlənilib. Natiqlər elektron tibbin elmi-nəzəri və praktik problemlərindən bəhs edərək onların həlli istiqamətində yeni imkanların yaranması baxımından konfransın böyük əhəmiyyət daşıdığını bildiriblər.
Ölkənin müvafiq dövlət və hökumət qurumlarının rəhbərlərinin, ali məktəblərin və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfrans işini “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktik problemləri” və “İKT-nin tibbi problemləri” mövzularında bölmələrdə iclaslarla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

