Azərbaycan ATƏT-in dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır
28.05.2016 [08:51]
Mayın 27-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin ilə görüşüblər.
Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Kristian Viqeninin ölkəmizə çox gözəl bir bayram - 28 May Respublika Günü ərəfəsində gəldiyini deyib. Milli Məclis sədrinin müavini Azərbaycanın müstəqillik tarixindən, son illər qazanılan uğurlardan, aparılan islahatlardan ətraflı söhbət açıb. Bildirilib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verir. ATƏT-Azərbaycan əməkdaşlığından söz açan Bahar Muradova qeyd edib ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır.
Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verib. O, problemin ədalətli həlli, regionda təhlükəsizliyin təmin olunması üçün təşkilatın cəhdlərini artırmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda mövcud status-kvonun saxlanılması münaqişə tərəflərindən yalnız Ermənistanı qane edir. Bu isə regionu daha ciddi kataklizmlərə sürükləyir. ATƏT bu yöndə vacib olan addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməlidir.
Kristian Viqenin qarşıdan gələn 28 May - Respublika günü münasibətilə xalqımızı təbrik edib. O, ölkəmizə hər gəlişində müşahidə etdiyi yeniliklərdən məmnun qaldığını söyləyib. Azərbaycanla münasibətlərin uğurlu davamına təkan vermək niyyətini açıqlayan K.Viqenin bildirib ki, ATƏT PA-nın ölkəmizlə əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün müsbət danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov, Ülviyyə Ağayeva və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

