Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis sədrinin müavini Astanada beynəlxalq konfransda iştirak edib

Milli Məclis sədrinin müavini Astanada beynəlxalq konfransda iştirak edib

01.06.2016 [09:57]

Astana şəhərində Qazaxıstan parlamenti Senatının təşkilatçılığı ilə “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanı konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova təmsil edib.
Qırxdan çox ölkədən 60 nümayəndə heyətinin iştirak etdiyi konfrans qlobal təhlükəsizliyin ən kəskin problemlərindən biri olan din və terrorizm mövzusuna həsr edilib.
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev çıxışında dinlərarası dialoqu və terror əleyhinə mübarizəni təşviq etmək məqsədilə həyata keçirilən təşəbbüslərdən danışıb. Bildirilib ki, hazırda əksər ölkələr beynəlxalq terrorizmdən və ekstremizmdən əziyyət çəkir. Beynəlxalq ictimaiyyət bu problemləri həll etmək səyləri daha da artırmalıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova konfransda çıxış edərək Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açıb. O vurğulayıb ki, terrorizmə qarşı mübarizədə yeni metodlar işlənib hazırlanmalı, müxtəlif siyasi və iqtisadi böhranlar aradan qaldırılmalıdır.
Konfransın yekununda bir sıra sənədlər imzalanıb və birgə bəyanat qəbul edilib.

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31