Azərbaycanın Baş naziri türkiyəli həmkarı ilə görüşüb
04.06.2016 [09:33]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Artur Rasizadə Binəli Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar arzulayıb və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Artur Rasizadə Binəli Yıldırımın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırıb. O, Türkiyənin İzmir vilayətində keçirilən ənənəvi “Efes” hərbi təlimlərinin Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib.
Baş nazir Artur Rasizadə Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirib. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pisləyib.
Türkiyənin Baş naziri Binəli Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Binəli Yıldırım ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Türkiyənin Baş naziri əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.
Binəli Yıldırım Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Binəli Yıldırım diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

