Qərbin aparıcı dövlətləri Azərbaycanı seçir
09.06.2016 [09:21]
Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilir
Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan etibarlı strateji tərəfdaş kimi...
Bütövlükdə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi.
Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Həmçinin Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik inkişafa malik olan ölkə kimi tanınır.
Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir.
Azərbaycanın praqmatik xarici siyasət kursu Qərb tərəfindən yüksək qiymətləndirilir
O da vurğulanmalıdır ki, Azərbaycanın praqmatik və mütərəqqi xarici siyasət kursu beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir, ölkəmiz tərəfindən beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər təqdirəlayiq hal kimi xarakterizə olunur. Məhz son zamanlar müşahidə edilən reallıqlar bunu bir daha göstərir. Bu mənada, bir neçə məqama nəzər yetirmək məqsədəmüvafiqdir.
Məlum olduğu kimi, cari ilin 6-7 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti kansler Angela Merkellə, Almaniya siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə görüşlər keçirib, Azərbaycan-Almaniya İqtisadi Forumunun işində iştirak edib. Görüşlərdə ölkəmizin təşəbbüsü ilə reallaşan nəqliyyat dəhlizləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, yoxsulluğun azaldılması və multikulturalizmin təbliği istiqamətində Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa İttifaqı, o cümlədən Azərbaycan-Almaniya əlaqələri barədə, həmçinin ölkəmizlə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, “Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, həmçinin Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib. Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib. Digər tərəfdən, Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlar təqdir edilib.
Buna paralel olaraq, Almaniyaya baş tutmuş səfər ərəfəsində Bakıda keçirilən “XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisinə göndərdiyi təbrik məktubunda ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirib. B.Obama Azərbaycan Prezidentinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi, şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini deyib. O qeyd edib ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron isə təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirib. Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulayıb. Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib, mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi dəyərləndirib.
Göründüyü kimi, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilir. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasəti də xüsusi vurğulanır. Onun sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların dəstəkləndiyi qeyd edilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə lüzum yoxdur.
Qərbin aparıcı ölkələri Azərbaycanla qarşılıqlı faydalı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Qərb üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir.
Qeyd etdiyimiz kimi, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Qərb üçün xüsusi əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir: Birincisi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Qərb üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən Qərbin enerji təhlükəsizliyi və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Qərb ölkələrinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb dövlətlərinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Qərbə inteqrasiyası davam etməkdədir.
Məhz sadalananların qanunauyğun nəticəsidir ki, ölkəmizlə Qərbin aparıcı ölkələri arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir və yeni keyfiyyət çalarları ilə zənginləşir. Ekspertlər Azərbaycan Respublikası ilə Qərbin aparıcı ölkələrinin münasibətlərinin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Bu baxımdan, perspektivdə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.
“Qərblə münasibətlərdəki problemlər” barədə səsləndirilən fikirlər reallığa söykənmir
Beləliklə də, Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər” barədə səsləndirilən fikirlərin reallığa söykənmədiyi ortaya çıxır. Səfər ərəfəsində opponentlərin Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırması, “Milli şura”ya yaxınlığı ilə tanınan bir qrup “siyasi mühacir”in səfər zamanı erməni separatçıları ilə birgə etiraz aksiyası keçirməsi isə həmin qüvvələrin, sadəcə, reallıq hissini itirməsini deyil, həm də antimilli mövqeyə yuvarlanmasını göstərir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

