/ / Yaponiya televiziyasında Dünya Azərbaycanlılarının IV Qurultayı və “Formula-1” yarışlarına həsr olunan xüsusi veriliş yayımlanıb
Yaponiya televiziyasında Dünya Azərbaycanlılarının IV Qurultayı və “Formula-1” yarışlarına həsr olunan xüsusi veriliş yayımlanıb
23.06.2016 [10:02]
Yaponiyanın “World Investors TV” internet televiziyasında iyun ayında Bakıda təşkil olunan iki böyük beynəlxalq tədbir - Dünya Azərbaycanlılarının IV Qurultayı və Formula-1 Avropa Qran-pri yarışı barədə xüsusi veriliş yayımlanıb.
Birbaşa yayımlanan verilişdə qurultay nümayəndəsi, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər və Mərkəzin icraçı direktoru, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev aparıcı Kazuyasu İşidanın və tamaşaçıların suallarını cavablandırıblar.
Bildirilib ki, iyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı hazırda planetimizin müxtəlif guşələrində yaşayan və sayı 55 milyona çatan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Qurultay dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşmasında, Vətən naminə daha çox birgə iş görməsində xüsusi rol oynayacaqdır.
Dünya Azərbaycanlıları Qurultayının keçirilməsinin gözəl ənənə halı aldığını bildirən verilişin iştirakçıları bu tədbirin ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdığını xatırladıblar. Bildirilib ki, məhz həmin vaxtdan etibarən planetin hər tərəfində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi prosesi geniş vüsət alıb. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində təsirli addımlar atılıb. Bunun nəticəsidir ki, IV qurultaya 49 ölkədən 500-dən çox nümayəndə qatılıb. Mövcud ənənənin bu gün də yaşadılması və diasporumuzun inkişafı yolunda atılan addımlar bu işdə mühüm irəliləyişə nail olmağa imkan verib. Vurğulanıb ki, dünya azərbaycanlıları kimlərəsə qarşı deyil, müstəqil Azərbaycan dövlətini, tariximizi, mədəniyyətimizi daha yaxından tanıtmaq məqsədi ilə təşkilatlanırlar.
Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqinin əhəmiyyətindən danışan qonaqlar bildiriblər ki, proqram xarakterli bu nitq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə yanaşı, Yaponiyada yaşayan azərbaycanlılar üçün də yeni vəzifələr müəyyənləşdirib və biz bu vəzifələri yerinə yetirmək üçün səylə çalışacağıq.
Verilişdə iyunun 17-dən 19-dək Bakıda ilk dəfə təşkil olunan “Formula-1” üzrə dünya çempionatının səkkizinci - Avropa Qran-pri yarışı barədə də geniş məlumat verilib. Bildirilib ki, Bakıda yüksək səviyyədə təşkil olunan bu yarışı dünyanın 187 ölkəsində 500 milyondan çox insan birbaşa izləyib. Bu yarış son illər sürətli inkişafı ilə fərqlənən Azərbaycanın dünyada daha da məşhurlaşmasına güclü təkan verib.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görüblər.
Verilişdə həm Dünya Azərbaycanlılarının IV Qurultayı, həm də Formula-1 Avropa Qran-pri yarışı ilə bağlı AZƏRTAC-ın hazırladığı videomateriallar və fotolar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15

