Faşist generalına abidə ucaldan Ermənistanı Rusiya bağışlayacaqmı?
23.06.2016 [10:06]
XİN sözçüsü Mariya Zaxarova: Njdeyə heykəl qoyulması bizim üçün bir qədər anlaşılmazdır
Ermənistanın paytaxtının mərkəzi meydanlarından birində faşist generalı, Hitlerin əlaltılarından olan, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulması beynəlxalq KİV-lərin də aparıcı mövzularından birinə çevrilib. Bu günlərdə haqqında söhbət açılan mövzu faşizmdən ən çox əzab çəkən yəhudi mətbuatının da gündəmini zəbt edib. Belə ki, iki gün əvvəl İsrailin paytaxtında təşkil olunan konfrans məhz bu məsələyə həsr olunub. Konfransda vaxtilə keçmiş SSRİ ərazisində yaşayan və sovet qoşunları tərkibində Hitler ordusuna qarşı döyüşən Böyük Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Gərgin müzakirələr şəraitində davam edən konfransda keçmiş ittifaqın üzvü olan bir ölkədə - Ermənistanda faşist generalına abidə qoyulması kəskin şəkildə tənqid olunub. Çıxışlarda bu addımın Serj Sarkisyan rejiminin ölkədə yürütdüyü səbatsız, düşünülməmiş siyasətin nəticəsi olduğu vurğulanıb.
Qeyd etmək yerinə düşər ki, bu il mayın 28-də, faşizm üzərində qələbənin 71 illiyi bayram edildikdən cəmi iki həftə sonra, Yerevanın mərkəzi prospektlərindən birində nasist generalı Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulub. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. O Sarkisyan ki, hələ bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın əvvəlində isə müharibə qurbanlarının xatirəsini İrəvanda “yad edib”.
Lakin görünən odur ki, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirir. Belə ki, rəsmi Yerevan və dünya erməniləri Hitler və Himlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər.
Xatırlatmaq yerinə düşər ki, Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar.
Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.
Qeyd edək ki, ermənilərin milli qəhrəman kimi təqdim etdikləri nasist Njde 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Rusiyanın Vladimir şəhərində ölüb. O hətta ölümündən sonra belə bəraət qazanmayıb və məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb. Buna baxmayaraq, hər il erməni diasporu Njdenin Knyaz Vladimir qəbiristanlığındakı məzarını nümayişkaranə şəkildə ziyarət edir. Üstəlik həmin məzarlıqda bu faşist əlaltısına memorial kompleksin ucaldılmasını tələb edir. Bu gün dünya birliyi faşizmin bütün təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası 70/139 saylı “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə” adlı Qətnamə qəbul edib. Sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası “nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərini və antihitler koalisiyasına qarşı mübarizə aparanları və nasist hərəkatı ilə əməkdaşlıq edənləri milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir”. Bu Qətnaməyə qoşulmuş Ermənistanda isə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş faşist rejiminə sədaqət andı içmiş şəxslərə abidə ucaldılır.
Qeyd edək ki, məsələyə Rusiya tərəfi də münasibət bildirib. Belə ki, abidənin açılışından sonra KİV nümayəndələri ilə görüşündə XİN-in sözçüsü Mariya Zaxarova Rusiyanın nasizmə olan münasibətinin dəyişilməz olaraq qaldığını deyib: “Rusiyanın nasizm ideologiyası daşıyıcılarının qəhrəmanlaşdırılmasının əleyhinə olduğunu hamı bilir. Odur ki, bu heykəlin qoyulması bizim üçün bir qədər anlaşılmazdır”.
Görünən odur ki, Ermənistanın faşist generalına abidə ucaltması Rusiya rəhbərliyini də qəzəbləndirib. Odur ki, Serj Sarkisyanın qarşıdakı günlərin birində Rusiya rəhbərliyindən “yağlı bir şillə” alacağı heç də istisna edilmir..
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34

