“Taleh Bağırzadə din pərdəsi altında gizlənən cinayətkardır”
06.08.2016 [10:07]
Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvlərindən də münasibət bildirilib. SİA həmin münasibətləri təqdim edir:
“Taleh Bağırzadə kimilərindən maşa kimi istifadə edirlər”
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, T.Bağırzadə kimilər antimilli qüvvələrdir və onların xaricdən dəstəklənməsi hər kəsə məlumdur: “Dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən dairələr Taleh Bağırzadə kimilərindən öz maşaları kimi istifadə edirlər. Məhz həmin dairələr də əllərində saxladıqları alətləri müdafiə edərək onlara haqq qazandırmağa çalışırlar. Bu cür qüvvələr Azərbaycanda azlıq təşkil etsə də, hər bir vətəndaşımız ayıq olmalı, Ukraynada, Gürcüstanda, Yaxın Şərqdə, eləcə də qardaş ölkə olan Türkiyədə baş verənlərin Azərbaycanda olmasına imkan verməməlidir”.
“Azərbaycanın hüquq sistemi ölkəmizin milli maraqlarına qarşı çıxanları cəzalandırmağa qadirdir”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, T.Bağırzadə kimilərinin davranışları, baş verən hadisələrə münasibəti xaricdəki mərkəzlərdən idarə olunur: “Onların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və ölkəni xarici mərkəzlərin poliqonuna çevirməkdir. Onların fəaliyyətinin bir növ koordinasiyası isə bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayı yolla yenə anti-azərbaycançı mərkəzlər tərəfindən idarə olunur. Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi anti-azərbaycançı siyasətin tərkib hissəsidir. Bir çox hallarda görürük ki, prinsipial məqamlarda hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə koordinasiya edilir. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da, Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadirdir”.
“Taleh Bağırzadə xəyanətkar, riyakar, cahil və din pərdəsi altında gizlənən cinayətkardır”
SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, anti-Azərbaycan dairələri öz sözlərini T.Bağırzadənin dili ilə ictimailəşdirməyə çalışırlar: “Hazırda Taleh Bağırzadənin məhkəməsi gedir və biz bu məhkəmə prosesində də onun növbəti dəfə riyakarlığının şahidi olmaqdayıq. Onun məhkəmə prosesində guya ən dəhşətli işgəncələrə məruz qaldığı barədə teatral çıxışı da bu riyakarlığın növbəti nümunəsi idi.
Taleh Bağırzadənin çıxışlarından da görünür ki, o, qaranlıq xarici siyasi dairələr tərəfindən idarə olunur, özünü bu dairələrin sözçüsü kimi aparır”.
T.Bağırzadənin din faktorundan sui-istifadə etdiyini deyən B.Quliyev qeyd edib ki, onun əməllərinin heç birinin dinlə əlaqəsi yoxdur: “Dində, İslamda, müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilmir ki, sən yaşadığın mənzili silah-sursat anbarına çevir və kiminsə qanına bais ol. Əksinə, belə hallar dinimizdə yolverilməz hesab olunur. O, oynadığı “tamaşa”larda “din xadimi”, “üləma” və “vətənpərvər azərbaycanlı” olduğunu nümayiş etdirməyə çalışır. Taleh Bağırzadə riyakar və din pərdəsi altında gizlənən cinayətkardır. Artıq ictimai rəy də şahidi olur ki, onun cinayətkar əməllərində İŞİD, Ən-Nusra, Əl-Qaidə kimi böyük terror təşkilatlarının simptomları görünür. Nardaran əhalisi də məlum hadisələrin dinə, İslam mənəviyyatına qarşı göstərilən ən böyük hörmətsizlik olduğunu anlayıb”.
“Taleh Bağırzadə Nardaran əhalisinə qarşı zorakılıq edib”
Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev söyləyib ki, T.Bağırzadə məlum Nardaran hadisələri zamanı konstitusion quruluş, dinlər və məzhəblərarası tolerant mühit əleyhinə açıq-aşkar ifadələr səsləndirməklə yanaşı, öz çirkin niyyətini həyata keçirmək üçün oradakı günahsız insanlardan istifadə edib: “Bütün bunlar Azərbaycan qanunvericiliyinə zidd olan hallardır. Həmin hadisələr zamanı Nardaran əhalisinə qarşı zorakılıq edilib, silahlardan istifadə olunub. Bunun nəticəsində sıravi insanlar və polis əməkdaşları həlak olublar. Belə bir insanın məhkəmə prosesində özünü müdafiə etmək naminə hər hansı fikirlər söyləməsinin heç bir əsası yoxdur. Məhkəmə prosesi maddi sübutlar, şahidlərin ifadələri, araşdırmalar əsasında həyata keçirilir. Kimin nə deməsindən asılı olmayaraq sonda məhkəmə hakimi sübutlara əsasən öz hökmünü verir. Bu məsələdə bütün sübutlar göz önündədir və düşünürəm ki, günahkar öz cəzasını alacaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

