Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları beynəlxalq miqyasda təqdir olunur
15.09.2016 [10:35]
Riçard Çarnetski: Azərbaycanda keçiriləcək referendumun nəticələrinə hörmətlə yanaşacağıq
Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu uğurun əsasında isə iqtisadi və siyasi islahatların paralel aparılması dayanır.
Demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edilib
Ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır, milli gücün - dövlətin qüdrətinin artmasında ifadə olunur. Buna paralel olaraq həyata keçirilən institusional islahatlar demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu uğurla başa çatıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bütövlükdə, respublikada demokratiya quruculuğu yetkin mərhələyə qədəm qoyub.
Hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır
Bunlarla yanaşı, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizdə insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Eyni zamanda, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır. Məhz sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir. Ekspertlərin qənaətinə görə, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır. Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxır, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilir. Bu baxımdan əminliklə söyləmək olar ki, Konstitusiya islahatları Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verəcək.
Təsadüfi deyil ki, Konstitusiya islahatları beynəlxalq miqyasda da təqdirəlayiq hal kimi xarakterizə olunur. Yeri gəlmişkən, Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin rəhbərliyi ilə Avropa Mühafizəkarlar və Reformistlər İttifaqını təmsil edən nümayəndə heyətinin Bakıya səfərinin yekununda verdiyi bəyanatda qeyd edilib ki, Azərbaycanda referendumun təşkili beynəlxalq normalara uyğundur. R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib: “Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir. Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq”.
Bəyanatda o da diqqətə çatdırılıb ki, Avropa Mühafizəkarlar və Reformistlər İttifaqı Azərbaycan liderləri və siyasi xadimlərinin avropalı tərəfdaşları ilə əməkdaşlıq qurmasını yüksək qiymətləndirir.
Eyni zamanda, Riçard Çarnetski vurğulayıb ki, Avropa Parlamenti olaraq biz referendumun nəticələrinə hörmətlə yanaşacağıq: “Azərbaycan xalqının seçimi bizim üçün çox vacibdir”.
Dünya ictimaiyyəti Azərbaycanda demokratik inkişafa xidmət edən islahatları təqdirəlayiq hal kimi xarakterizə edir
Ümumiyyətlə, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən bu gün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin demokratik inkişafa xidmət edən davamlı islahatları yüksək qiymətləndirir, Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan edirlər. Ümumi qənaət budur ki, reallaşdırılan kompleks islahatlar Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır. Bütövlükdə, dünya ictimaiyyəti Azərbaycanda demokratik inkişafa xidmət edən addımları təqdirəlayiq hal kimi xarakterizə edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17

