Əli Kərimli ekstremistlərin ümidinə qalıb
17.09.2016 [10:29]
AXCP sədri 11 sentyabr mitinqində boş meydanı məhz ekstremist radikalların hesabına doldurmağa çalışıb
Əli Kərimli və “Milli şura” adlanan buqələmun qurumun sentyabrın 11-də keçirdiyi mitinq radikal düşərgənin bitkin durumda olduğunu növbəti dəfə təsdiqlədi. Belə ki, sosial şəbəkələrdə “on minlərlə tərəfdardan” dəm vuran, mitinqin keçirildiyi ərazini “kiçik” sayan Ə.Kərimlinin dəstəsinin üzvləri nəticədə fərqli mənzərə ilə üz-üzə qaldılar. Azərbaycan xalqı bu dəfə də xəyanətkar radikal düşərgənin çağırışlarını etinasızlıqla qarşıladı və ölkəmizin inkişafını istəməyən, ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirən radikal ünsürlərə münasibətini ortaya qoymuş oldu. Artıq Ə.Kərimlinin ətrafında heç kəs qalmayıb.
Əslində, bu reallığı Ə.Kərimli özü də dərk edir. Elə bu səbəbdəndir ki, Ə.Kərimli son dövrlərdə istər çıxışlarında, istərsə də KİV-ə müsahibələrində ekstremist radikal dini qruplaşmaların tərəfdaşı qismində çıxış etməyə çalışır, onları dəstəklədiyini açıq-aşkar ortaya qoyur. Elə azsaylı mitinq iştirakçılarının böyük əksəriyyətini də həmin radikal dindar qruplaşmaların üzvləri təşkil edirdi ki, Ə.Kərimli artıq onları ələ almaq üçün min bir dona girməkdədir.
Bəli, öz uğursuzluqlarını, zəifliklərini ört-basdır etmək üçün min bir hiylə-fəsada əl atan “Milli şura”çılar və Əli Kərimli sentyabrın 11-də boş qalmış meydanı Taleh Bağırzadənin terrorçu tərəfdarlarının, islamçıların hesabına doldurmağa çalışdılar. Eyni zamanda, mitinqdə çıxış edən hər kəs sözə terrorçu dəstə başçısı Taleh Bağırzadəyə və onun tərəfdarlarına “salam göndərməklə”, onlara açıq şəkildə dəstək ifadə etməklə başladı. Hətta Əli Kərimli mitinqin sonundakı çıxışında dəfələrlə bu terrorçu dəstənin başçısının və üzvlərinin ünvanına xoş sözlər səsləndirdi. Əslində, AXCP sədrinin terrorçulara açıq şəkildə dəstək ifadə etməsi yenilik deyil. Sentyabrın 11-də Ə.Kərimli bu mərəzini bir daha təkrarladı.
Qeyd edildiyi kimi, “Milli şura” adlanan qondarma qurum, eləcə də Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti heç də terroru özünə ideologiya seçmiş ekstremist radikallardan fərqlənmir. Ə.Kərimlinin mahiyyəti məhz terrorizmə, dağıdıcılığa, xaosa söykənir. İllərdir ki, Azərbaycan dövlətinin inkişafına qarşı düşmən kəsilən, fərqli xarici maraqların danışan dilinə çevrilən, eləcə də ölkədə qarşıdurma yaratmaq cəhdləri göstərən AXCP və onun sədri Əli Kərimlinin siyasi kimliyinin üzərinə məhz bu cür “maraqlı faktlarla” işıq düşür.
Erməni lobbisi və digər anti-azərbaycançı dairələrin sifarişləri əsasında daima siyasi qarşıdurma, bölücülük yaratmaq istəyən Əli Kərimli mütəmadi şəkildə terrora çağırışları dəstəklədiyini, qanunu pozan, cinayət törədən şəxslərlə eyni səfdə dayandığını ortaya qoyub. Bir zamanlar hətta İŞİD-in bayrağını mitinqində az qala başı üzərinə qaldıran Əli Kərimli bu gün silahlı dəstə yaradan, ölkənin təhlükəsizliyinə təhdid yaradanlarla birlikdə olduğunu bəyan edir. Əslində, onun məqsədi həm də Azərbaycanda olan dünyəvi, demokratik, azad dövlətçiliyə qarşı marıqda yatan islamofob, anti-azərbaycançı qüvvələrlə işbirliyi yaratmaqdır.
Beləliklə sadalananlardan da göründüyü kimi, Ə.Kərimli bu gün Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı mövqe tutan bütün antimilli qüvvələrlə, hətta torpaqlarımızı işğal edən ermənilərlə işbirliyi qurmaqdan belə çəkinmir. Sonuncu mitinqdən sonra isə radikal düşərgə nümayəndələri açıq şəkildə onun hətta şeytanla belə əməkdaşlıq edə biləcəyini söyləyirlər. Məsələn, vaxtilə AXC-nin yaradıcılarından olmuş Zərdüşt Əlizadə bildirib ki, “1990-cı illərin əvvəllərində olduğu kimi, Xalq Cəbhəsi üçün indi də müqəddəs heç nə yoxdur. Onların bir hədəfi var - hakimiyyətə gəlmək. Buna görə onlar hətta şeytanla da əməkdaşlığa hazırdırlar”. Onun sözlərinə görə, bu prinsipsiz kütlə öz hədəfinə çatmaq üçün buddist şüarları belə səsləndirməyə hazırdır. Bu isə Ə.Kərimlinin ekstremist radikallarla da öz maraqları üçün yaxınlıq etməsi faktını ortaya çıxarır. Necə deyərlər, Ə.Kərimlinin sabah kimə üz tutacağı, hansı rəngə dəyişəcəyi məlum deyil...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

