/ / Türkiyə və Azərbaycan mediasının yaxınlaşmasında səfir İsmail Alper Coşkunun dəstəyi yüksək qiymətləndirilib
Türkiyə və Azərbaycan mediasının yaxınlaşmasında səfir İsmail Alper Coşkunun dəstəyi yüksək qiymətləndirilib
23.09.2016 [10:07]
Sentyabrın 22-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bir sıra KİV təmsilçilərinin iştirak etdikləri görüşdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıqdan söz açıb. Qeyd edib ki, ölkələrimizin siyasi, iqtisadi əlaqələri strateji tərəfdaş səviyyəsinə yüksəlib. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət ümumi maraqlardan çıxış edərək bir-birinə dəstək nümayiş etdirir.
Ə.Amaşov diplomatın ölkəmizdə olduğu dörd il müddətində Azərbaycan və Türkiyə KİV-ləri arasında mövcud əməkdaşlığın inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib. Azərbaycan və Türkiyə mediaları arasındakı əlaqələrdən danışan Mətbuat Şurasının sədri bu sahədəki inkişafdan məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək ölkələrimiz arasında əlaqələrin medianın rolundan bəhs edib. Bu istiqamətdə səfirin əməyini də qeyd edən V.Səfərli deyib ki, Türkiyədə baş verən 15 iyul hadisələri zamanı Azərbaycan mediası qardaş ölkə xalqının yanında oldu. KİV təmsilçiləri Türkiyədə baş verən bu hadisələr barədə ictimaiyyətə obyektiv informasiya çatdırdı. İki qardaş ölkənin media qurumları arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edən V.Səfərli ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə bu istiqamətdə gördüyü işlərə görə səfirə minnətdarlığını bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyə və Azərbaycan arasında tarixi və mənəvi bağlılığı qeyd etməklə yanaşı, media sahəsindəki əməkdaşlıqda əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsinin və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini vurğulayıb.
Türkiyənin ölkəmizdə səfiri İsmail Alper Coşkun çıxış edərək ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu deyib. Ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına hər zaman dəstək olduğunu diqqətə çatdıran səfir deyib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz bütün məsələlərə bir gözlə baxırıq. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxından tanıdılması üçün bütün vasitələrdən istifadə etməliyik və bu, bizim ən vacib işlərimizdən biridir. Azərbaycandan ayrılmaq asan deyil. Mən Türkiyədə olanda övladlarım deyir ki, Bakıya, evimizə nə vaxt gedəcəyik. Bu, mənim və ailəmin Azərbaycana sevgisidir. Mən Azərbaycana çox güvənirəm və hər zaman da belə davam edəcək”.
Tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Xalq” qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları çıxış edərək medianın ortaq mövqelərin təbliğindəki səfərbəredici missiyasını səciyyələndirən cəhətlərə toxunublar. Çıxış edənlər səlahiyyət müddəti başa çatan səfirə yeni işlərində uğurlar arzulayıb, onun Azərbaycanla əlaqələri bundan sonra da davam etdirəcəyinə ümidvar olduqlarını bildiriblər.
Daha sonra İsmail Alper Coşkun iki ölkənin media əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

