/ / Belçikalı deputatlar: Ermənistan-Azərbaycan münaqişəsinin həlli Aİ-nin yaxın qonşuluğunda sabitliyə töhfə verəcək
Belçikalı deputatlar: Ermənistan-Azərbaycan münaqişəsinin həlli Aİ-nin yaxın qonşuluğunda sabitliyə töhfə verəcək
06.10.2016 [09:43]
Belçikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 5-də bu ölkənin federal parlamentində xarici əlaqələr komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunan dinləmələrdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dinləmələrdə çıxış edən R.Rzayev Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb və ölkəmizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu vurğulayıb. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Avropanın bu gün üzləşdiyi qaçqın probleminin Azərbaycan üçün 1990-cı illərin əvvəllərindən başladığını xatırladıb. Münaqişənin həlli prosesi barədə danışan deputat status-kvonun saxlanılmasının qeyri-mümkünlüyünü və regionun gələcəyi baxımından ciddi risklər doğura biləcəyini, Ermənistanın təxribatçı əməlləri nəticəsində bu ilin aprelində cəbhə bölgəsində yaşanan hadisələrin bunun əyani sübutu olduğunu bildirib.
R.Rzayev, həmçinin Belçika parlamentinin müvafiq dostluq qruplarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasına yardım göstərmək imkanlarını araşdırmalarının münaqişənin həllinə töhfə verə biləcəyini də qeyd edib.
Deputat Fuad Muradov çıxışında BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini vurğulayıb. Azərbaycanın bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu söyləyib. O, habelə avropalı parlamentarların Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin yolverilməz olduğunu deyib və erməni tərəfinin bundan sui-istifadəsinə yol verməmək üçün belçikalı həmkarlarını gələcəkdə belə hallardan çəkinməyə çağırıb.
Belçikalı deputatlar çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Avropa İttifaqının yaxın qonşuluğunda sabitliyin bərqərar olmasına töhfə verəcəyi qənaətində olduqlarını bildiriblər. Onlar Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa getmiş bir neçə belçikalı deputatın bunu federal parlamentin fəaliyyəti çərçivəsində deyil, yalnız şəxsi təşəbbüsləri əsasında mövcud vəziyyət barədə yerində məlumat almaq məqsədilə etdiklərini diqqətə çatdırıblar. Eləcə də Belçika parlamentinin münaqişənin həllinə hansı formada töhfə verə biləcəyi barədə xarici əlaqələr komissiyası çərçivəsində müzakirələr aparacaqlarını qeyd ediblər.
Sonda komissiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

