Novruz Məmmədov: Azərbaycan ötən 25 ildə uğurlu və şərəfli yol keçib
08.10.2016 [10:03]
Oktyabrın 7-də Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda məruzə ilə çıxış edib. Prezident Administrasiyasının rəsmisi deyib: “Ötən 25 il ərzində Azərbaycan uğurlu və şərəfli yol keçib. Ancaq bu müddətdə dünyanın keçdiyi yol çoxlarını razı salmır. Azərbaycan 25 ildir beynəlxalq hüququn müstəqil subyekti və suveren dövlətdir. Bu müddətdə Azərbaycanın keçdiyi uğurlu yola, əldə etdiyi nailiyyətlərə diqqət yetirsək, görərik ki, ölkəmiz dünyanın diqqət mərkəzindədir”.
Ötən müddətdə ölkəmizin çətin və ağır sınaqlardan da keçdiyini qeyd edən N.Məmmədov vurğulayıb ki, Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin qurtuluşu baxımından həlledici rol oynayıb. Siyasi, iqtisadi və sosial baxımdan böyük inkişaf yolu keçən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya yeni inkişaf modelini təqdim edir, “qara qızıl”ı insan kapitalına çevirərək inamla irəli gedir. Bunun üçün ölkədə təhsilə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə sərmayələr yatırılır, habelə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində xüsusi addımlar atılır. Azərbaycan telekommunikasiya peykini orbitə buraxmaqla kosmik ölkələr arasında daxil olub. “ASAN xidmət” modeli isə artıq dünyada Azərbaycan brendinə çevrilib.
Novruz Məmmədov qeyd edib ki, bu gün Azərbaycan balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığa, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Bu praqmatik siyasi kursun əsası Heydər Əliyev dühası tərəfindən qoyulub. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu təşkilata üzv seçilən zaman dünyanın 155 ölkəsinin səsini qazanması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycan apardığı həm daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib. Beynəlxalq sülhün və təhlükəsizliyin təminində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Hərbçilərimiz bu gün Əfqanıstanda, İraqda NATO-nun komandanlığı altında xidmət edirlər. Həmçinin Azərbaycanın Əfqanıstana yük daşımalarında çox böyük töhfəsi var”, - deyə N.Məmmədov vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın qarşısında duran ən başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu problemin həll olunmaması regionun inkişafı üçün ən başlıca maneədir. BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların bununla bağlı qəbul etdikləri qərar və qətnamələr beynəlxalq hüququn norma və prinsiplərini təşkil edir.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan Novruz Məmmədov deyib: “Qəribədir, münaqişənin həlli üzrə vasitəçilik missiyasını öz üzərinə götürmüş Minsk qrupunun həmsədrləri indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? Rəsmi Bakı ən mürəkkəb məqamlarda belə konstruktivliyini nümayiş etdirib, sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Gəlin bir anlıq təsəvvür edək ki, guya bu ərazi mübahisəli ərazidir. Bəs işğal olunan yeddi rayon?! Onlara ki Ermənistanın heç bir iddiası yoxdur. Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. İnsan hüquqlarından, ədalət prinsiplərindən danışan böyük dövlətlər və təşkilatlar əvvəlcə bir güzgüdə özlərinə baxsınlar”.
Azərbaycanın regional müstəvidə əhəmiyyət daşıyan üçtərəfli formatların təşəbbüskar olduğunu deyən Novruz Məmmədov bildirib ki, ölkəmizin eyni dinə, mədəniyyətə sahib müsəlman dövlətləri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Bununla yanaşı, ötən 25 ildə Azərbaycan dünyanın 177 ölkəsi ilə diplomatik münasibətlər qurub, xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis edib. Eyni zamanda, bu gün Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir.
N.Məmmədov diqqətə çatdırıb ki, həyata keçirilən düzgün və düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun əhəmiyyətli layihələrinin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilib.
Sonra konfrans işini sessiyalarla davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə keçən “Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar” adlı birinci sessiyada Azərbaycanla yanaşı, Rusiya, ABŞ və Macarıstandan olan tədqiqatçı və mütəxəssislərin çıxışları dinlənilib. Çıxış edənlər Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıblar. Bildirilib ki, ölkəmiz xarici investisiyalar üçün əlverişli məkana çevrilib, eyni zamanda, Azərbaycan da başqa ölkələrə investisiya yatırır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində də böyük uğurlar əldə edən Azərbaycan son illər bu sahədə MDB ölkələri arasında ön mövqelərə çıxıb, bir sıra transmilli layihələrin icrasında uğurlar qazanıb. Dövlətimizin xarici siyasəti milli maraqlara və inkişaf prioritetlərinə əsaslanır. Bütün bunlar nəticə etibarilə ölkədə siyasi-iqtisadi sabitliyin qorunub saxlanmasını təmin edir.
SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayevanın moderatorluğu ilə keçirilən “Azərbaycan yolların kəsişməsində: Regional baxış” adlı ikinci sessiyada isə Türkiyə, Gürcüstan, İran, Qazaxıstan və Türkmənistanın müvafiq qurumlarının təmsilçiləri, habelə politoloqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın son illər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan inkişafın yeni trendlərini müəyyənləşdirir. Əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası digər ölkələr üçün də nümunədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan milli mədəniyyətini, tarixiliyini qoruyub saxlamaqla sürətlə inkişaf edir. Bu inkişaf və modernləşmə Bakının simasında aydın nəzərə çarpır. Azərbaycan dünyanın enerji xəritəsini dəyişən regional və qlobal əhəmiyyətli iri layihələr həyata keçirir. Bu layihələr iqtisadi fayda gətirməklə yanaşı, ölkələr arasında dayanıqlı əlaqələrin yaradılmasına da xidmət edir.
Hər iki sessiyanın sonunda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

