“The Washington Times” qəzeti Roma Papasının Bakıya tarixi səfərindən yazır
08.10.2016 [10:06]
“The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Roma Papasının tarixi səfəri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Roma Papası Fransiskin Azərbaycana bu yaxınlardakı səfərindən danışılır. Diplomat yazır ki, katolik kilsəsi başçısının vaxtilə keçmiş Sovet İttifaqının bir hissəsi olmuş Qafqaz regionuna səfəri özlüyündə əhəmiyyətlidir, lakin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi dövlət olan Azərbaycana gəlməsinin dərin mənası var. O da diqqətəlayiqdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı 25 il ərzində Roma Papasının bu ölkəyə ikinci səfəridir: II İohann Pavel 2002-ci ildə Bakıya səfər etmişdi.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Roma Papasının səfərinə xüsusi önəm verərək onu “tarixi” səfər kimi səciyyələndirib. Azərbaycanın əsrlər boyu davam edən tolerantlıq ənənəsinə sadiq qaldığını bir daha bəyan edən Prezident, həmçinin vurğulayıb ki, ölkəmiz Qərb ilə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüdür. Bu fikir Azərbaycanda katolik, müsəlman, ortodoksal və yəhudi icmaları arasında mövcud olan səmimi münasibətlərdən sevincini ifadə edən Papa Fransiskin bəyanatında da əks olunub. Roma Papası Azərbaycana səfəri zamanı Bakıdakı Katolik Kilsəsində messa - dini mərasim keçirib, Heydər məscidinə gedərək orada Azərbaycanın müsəlman, yəhudi və xristian icmaları ilə görüşüb.
Daha sonra səfir yazır ki, Roma Papasının Azərbaycanda səmimi qəbul edilməsi radikalizmin və ekstremizm ideologiyasının inkar olunmasının əsasında duran təhsilin, ənənələrin və mədəni müxtəlifliyin rolunu göstərir. Təbii ki, digər əsas element ölkə rəhbərliyinin bu cür ənənələri davamlı olaraq dəstəkləməsidir.
Roma Papası yola düşməzdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edib. O, burada Vətən uğrunda həyatını qurban vermiş müxtəlif millətlərə və dinlərə mənsub insanların məzarlarını görüb. “Bu, ölkənin mədəni müxtəlifliyini bir daha yada salır”, - deyə E.Süleymanov sonda vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

