“Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı olub
15.10.2016 [10:45]
Oktyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni elektron resursla bağlı məlumat verib. Bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının gündəlik həyat tərzinə çevrilib. Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq arenaya təqdim etdiyi multikultural model xalqların və dini konfessiyaların dostluq və mehriban şəraitdə birgə yaşamalarını və fəaliyyət göstərmələrini təmin edən modeldir.
Mayıl Əhmədov deyib ki, multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Həmin Sərəncamın icrası məqsədilə dövlət başçısının təsdiq etdiyi Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə edilib. Bu məqsədlə Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanan veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edir.
Veb saytın quruluşu barədə məlumat verən kitabxananın direktoru bildirib ki, materiallar saytda 6 bölmədə qruplaşdırılıb. “Multikulturalizm” adlanan birinci bölmədə istifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir. Bu bölməyə “Etnik rəngarənglik”, “Mədəni müxtəliflik” və “Tolerantlıq” yarım bölmələri daxildir. “Multikulturalizm” bölməsinin “Sənədlər” yarım bölməsində Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı sahəsində qəbul edilən qanunların, fərmanların, sərəncamların və digər sənədlərin mətnləri toplanılıb. Bu bölmədə, həmçinin Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm barədə söylədikləri fikirlərdən ibarət “İqtibaslar” bloku yerləşdirilib.
Saytın “E-kitabxana” bölməsi barədə məlumat verən Mayıl Əhmədov bildirib ki, Azərbaycan multikulturalizminə dair Azərbaycan və digər dillərdə 160-dan çox kitabın elektron versiyası hazırlanaraq bu bölmədə istifadəçilərə təqdim edilir. “E-resurslar” bölməsində isə multikulturalizmlə bağlı 700-dən çox məqalənin tam mətnləri və mütəmadi olaraq yenilənən “Məlumat bülleteni”, Kitabxananın fonduna daxil olan multikulturalizmə dair müxtəlif dillərdə kitabların və məqalələrin biblioqrafiyası ilə tanış olmaq mümkündür. Həmçinin bu bölmədə xarici ölkələrdə Azərbaycandakı multikulturalizm mühiti haqqında dərc edilən məqalələrin elektron versiyaları yer alıb.
“Tədbirlər” bölməsində istifadəçilərə ölkəmizdə və xaricdə keçirilən bir sıra mühüm tədbirlər haqqında müxtəlif mənbələrdən toplanan materiallar təqdim edilir. “Multimedia” bölməsinin “Fotoqalereya” bölməsində isə əsrlər boyu Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların milli geyimlərini, sənətkarlıq xüsusiyyətlərini, dini ibadət mərasimlərini özündə əks etdirən şəkillər və müxtəlif mərasimlər zamanı çəkilmiş nadir fotolar toplanılıb. “Videoqalereya” bölməsində isə Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayan milli azlıqların, etnik qrupların tarixi keçmişini, adət-ənənələrini, məişətini, folklorunu, məskunlaşma arealını, demoqrafik vəziyyətini, müasir həyat tərzini özündə əks etdirən videomateriallar yer alıb.
Elektron resurs hər zaman yenilənəcək.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və Azərbaycanda fəaliyyət göstərən etnik-mədəni mərkəzlərin və cəmiyyətlərin təmsilçiləri, multikulturalizm mövzusunda tədqiqat aparan mütəxəssislər, ölkəmizdəki milli azlıqların mədəniyyət mərkəzlərinin rəhbərləri çıxış edərək yeni resursun mühüm əhəmiyyət daşıdığını söyləyərək təkliflərini səsləndiriblər.
Sonda Prezident Kitabxanasının direktoru “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının hazırlanmasında göstərdikləri köməyə görə AZƏRTAC-ın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun rəhbərliyinə və ayrı-ayrı müəlliflərə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

