/ / Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib
20.10.2016 [10:03]
Oktyabrın 19-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov son illər ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan danışıb, ölkə iqtisadiyyatının sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən mühüm göstəricilərin vətəndaşlarımızın rifahlı həyatına adekvat olduğunu bildirib. Əli Əhmədov mühüm sosial-iqtisadi layihələrin gerçəkləşməsini, yeni iş yerlərinin yaradılmasını, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsini, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasını, sahibkarlığın dəstəklənməsini, biznes mühitinin yaxşılaşdırılması ilə ölkəmizin dünyada nüfuzunun daha da artmasını və nəticədə əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasını xüsusilə vurğulayıb.
Baş nazirin müavini Azərbaycanın BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirakını qeyd edib. Bildirib ki, bu iştirakçılıq ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir və son 15 ildə Azərbaycanda Minilliyin İnkişafı Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib məqamlardan biri olub.
Azərbaycanın BMT-nin yeni təşəbbüsünə - 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən Baş nazirin müavini bunun ölkəmizdə Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində və milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsində yeni bələdçi rolunu oynayacağını vurğulayıb.
Əli Əhmədov Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsini, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsini, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilkin hesabatının hazırlanaraq təqdim olunmasını Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib, bu vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün lazımi tapşırıq və tövsiyələrini bildirib.
İclasda 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlikdən irəli gələn məsələlər ətrafında Şuranın sədr müavini, iqtisadiyyat naziri Şahin Müstafayevin və üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun təklifləri dinlənilib, zəruri fikir mübadiləsi aparılıb. Dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən Şuraya təqdim edilməsi barədə qərar qəbul edilib.
Həmçinin iclasda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin və Şuranın fəaliyyətini həyata keçirmək üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupların yaradılması ilə bağlı təşkilati məsələlərə baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

