Bəhruz Quliyev: ABŞ-da demokratik seçki gözləntisi absurddur
27.10.2016 [09:51]
“ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər - respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır”. Bu fikirləri “Trend”ə siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələ fonunda cərəyan edən olayları şərh edərkən deyib. Onun sözlərinə görə, irəli sürdükləri iddialarında daha çox haqlı görünmək üçün seçiciləri qarşısında hətta bir-birlərini təhqir edib bu vasitə ilə şou yaradan iki əsas namizədin rəqabət tərzi ABŞ-ın prezident seçkilərində uzun illərdir ki, müşahidə olunmamışdı: “Əlbəttə ki, ittiham və ziddiyyətlərin yaranmasının köklü səbəblərindən biri ölkə siyasətində buraxılmış ciddi səhvlərdir.
Reallıqda ABŞ-ın seçki marafonu demokratik görünə bilər, amma ölkədaxili demokratiyanın tənəzzülə uğradığını da deyə bilərik. Artıq Amerikada irqi diskriminasiyaların vüsət alması, zəncilərə qarşı qeyri-sağlam münasibətin yaranması, islamofobiya, ksenofobiya kimi olayların gündəlik tərzə çevrilməsi, KİV-lərin sifarişlərlə işləməsi, media nümayəndələrinin təqibi prosesi gedir desək, heç də yanılmarıq.
Bütün bunlar məhz namizədlər tərəfindən də etiraf edilib. Baxın, respublikaçı namizəd Tramp bu günlərdə belə bir çıxış edib ki, prezident Obama Klintonun namizədliyini müdafiə etmək məcburiyyətindədir. Belə ki, Klinton dövlət katibi vəzifəsində işləyərkən şəxsi elektron poçtunu dövlət işlərində istifadə edib. Bu isə kobud qanun pozuntusudur. Klinton Obamanın rəhbərliyi altında bu posta sahib olub və indiki prezident bu məsələnin böyüməməsi üçün açıq şəkildə xanım Klintona siyasi dəstək göstərir. Yaxud Klintonun Trampı müxtəlif üsullarla ifşa etmək cəhdləri, rəqibini əxlaqsızlıqda günahlandırması, hətta seçicilərini ondan uzaq dayanmağa, siyasi toruna düşməməyə səsləməsi sivil, demokratik və normal seçki mühitinin qaba, qeyri-demokratik mühitlə əvəzlənməsindən xəbər verir”.
Bəhruz Quliyev deyib ki, artıq bütün dünya və siyasi hadisələri doğru istiqamətdə təhlil etməyi bacaran ictimai rəy də etiraf edir ki, dünyada 200 ildir formalaşmış “Amerika demokratiyası” məhvolma prosesini yaşayır: “Biz Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərindən, o cümlədən referendumdan sonra daha çox mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən bir sıra insan hüquqları, media azadlığı və başqa qurumların qərəzli hesabatları ilə qarşılaşmışıq. Bu hesabatların hər birində aşkar şər və böhtanların, sifarişlərin olması dəfələrlə sübuta yetirilib. Xüsusilə Azərbaycan mətbuatında bu ətrafda çoxsaylı ifşa faktları işıq üzü görüb. İndi növbə ABŞ-dadır. Daha dəqiqi, ABŞ-da baş verən qanunsuzluqlardır ki, beynəlxalq aləm bu barədə ciddi açıqlamalar gözləyir. Məsələn, Trampın rəqibi Klintonun seçkilərdə “ölü canlar”dan istifadə etməsi ətrafında səsləndirdiyi fikirlər də ciddi ittihamdır. Yaxşı olardı ki, zaman-zaman Azərbaycanı və s. ölkələri qeyri-demokratiyada ittiham edən ABŞ-ın insan hüquqları təşkilatları özlərində ədalət gücü tapıb, daxillərində baş verən reallıqlar ətrafında hesabatlar, bəyanatlar yaysınlar. Dünya ictimaiyyəti də onlardan bunu gözləyir.
Bütün bunları nəzərə alaraq, ABŞ-da demokratik seçki gözləntisi absurddur. Maraqlı faktlardan biri də ABŞ-da çoxpartiyalı sistem mövcud ola-ola, orada respublikaçılarla demokratların bir-birlərini əvəzləməsidir. Bu, nə cür demokratik dəyərlərə sığan bir hal sayıla bilər? Bəs digər siyasi partiyalar nəyə görə fəaliyyət göstərirlər? Düşünürəm ki, belə bir vəziyyətdə ABŞ-dan demokratik seçki gözləntisinə ümid bəsləmək, sadəcə, absurddur”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:52
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41

