Yunanıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
27.10.2016 [09:51]
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.
Görüşdə Mərkəzin İdarə Heyətinin üzvü, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Prezident Prokopis Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında böyük rol oynayır. İdarə Heyətində dünyanın tanınmış siyasi xadimlərinin və şəxsiyyətlərinin təmsil olunduğu Mərkəz bu liderləri bir araya gətirməklə, onların diqqətini və fəaliyyətini Azərbaycanın mədəni həyatına yönəldib. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin, qədim dövlətçilik, birgəyaşayış, humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırırlar. Bundan başqa, təşkilatın dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapmaları baxımından da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Bu mənada Mərkəzin təşkilatçılığı əsasında hər il yüzlərlə siyasətçi, dövlət xadimi və elm adamının iştirakı ilə baş tutan Qlobal Bakı Forumunun, həmçinin Mərkəzin müxtəlif ölkələrdə keçirilən ali səviyyəli toplantılarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə də M.Vardinoyannisin himayəsi ilə bu ölkədə Mərkəzin Ali Səviyyəli toplantısı keçirilib.
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

