28 May - Respublika Günü münasibətilə elan edilmiş amnistiya aktının icrası başa çatıb
01.11.2016 [09:56]
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mərhəmətlik və insanpərvərlik ənənələrindən irəli gələn təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli Qərarın icrası başa çatıb.
AZƏRTAC xəbər verir ki, amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmələr nəticəsində həmin aktın 10931 məhkuma şamil olunduğu müəyyən edilib. Onlardan 611-i qadın, 105-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.
Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3573 məhkuma tətbiq edilib. Onlardan 2901 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 634 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb, habelə 38 hərbçi intizam xarakterli hərbi hissələrdən azadlığa buraxılıb.
Həmçinin 2 min manatadək məbləğdə cərimə cəzasına məhkum edilmiş və maddi vəziyyətinin çətinliyi ilə əlaqədar onu ödəyə bilməyən 2563 şəxs təxminən 2,7 milyon manat məbləğində cərimədən azad edilib. Bununla yanaşı, 2 min manatdan artıq məbləğdə cərimə cəzasına məhkum edilmiş və cərimənin 2 min manatdan yuxarı olan hissəsini ödəmiş şəxslərə də amnistiya tətbiq edilib. Nəticədə dövlət büdcəsinə 472 min manatdan artıq məbləğdə vəsaitin ödənilməsi təmin olunub.
Bundan əlavə, islah işləri cəzasına məhkum edilmiş 4453 və ictimai işlər cəzalarına məhkum edilmiş 80 şəxs bu cəzalardan azad olunub. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 231 məhkum barəsində də amnistiya tətbiq edilib.
Ümumilikdə Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 11 amnistiya aktı 117 mindən çox şəxsə tətbiq edilib, təxminən 30 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

