Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan Sarkisyan-Köçəryan quldur rejimidir
09.11.2016 [00:07]
Bu fikri Bakıda keçirilən beynəlxalq konfransda erməni hüquq müdafiəçisi söyləyib
Noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, sülhə nail olmaq məqsədi daşıyan tədbirdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, beynəlxalq təşkilatların, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Konfransdan əvvəl erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Xocalı abidəsini ziyarət ediblər.
Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəb və nəticələrindən bəhs edib. Diqqətə çatdırıb ki, münaqişənin tənzimlənməsi hər iki ölkənin ictimaiyyətinin marağındadır və hər iki xalq münaqişənin başa çatmasını səbirsizliklə gözləyir.
R.Zeyni qeyd edib ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli, regionda sülhün və sabitliyin təmin olunması istiqamətində danışıqlara hazır olduğunu bəyan edib. O vurğulayıb ki, münaqişənin tənzimlənməsi üçün siyasi dairələrlə yanaşı, ictimaiyyət, ziyalılar, media nümayəndələri, QHT-lər, diaspor təşkilatlarının rəhbərləri də öz töhfələrini verməlidirlər. İnsanlar müzakirə apararaq çox münaqişələrin həllinə nail olurlar. Azərbaycan 25 ilə yaxındır Ermənistanın işğalçılıq siyasətindən zərər çəkir.
Panel iclaslarla davam edən tədbirdə erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan konfransda həm yazıçı, həm də vətəndaş kimi iştirak etdiyini bildirib. O bildirib ki, bu cür tədbirlər vasitəsilə siyasətçilər, QHT rəhbərləri, fəallar, əsasən də sülh niyyətində olan insanlar bir qərara gələ bilərlər. V.Avetyan deyib: “Kim deyir ki, biz bir yerdə ola bilmərik. Bunu deyənin ağlı yoxdur. Biz bir yerdəyik. Baxın, mən buradayam. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır”.
V.Avetyan Xocalı soyqırımına görə erməni xalqı adından Azərbaycan xalqından üzr istədiyini bildirib.
Tədbirdə çıxış edən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan diqqətə çatdırıb ki, işğalçılıq siyasəti Ermənistana fəlakətdən başqa heç nə qazandırmayıb. Azərbaycanlılara qarşı soyqırımı törədən şəxslər Ermənistanda hakimiyyətdədirlər və indi də öz vətəndaşlarına qarşı soyqırımı həyata keçirirlər. Əgər Dağlıq Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağı seçəcək. Çünki onları girov saxlayan rejimdən heç bir xeyir görməyiblər. Orada yaşayan insanların sosial problemləri çoxdur, onların suya, ərzağa ehtiyacları var. İstəsək də, istəməsək də artıq barışıq vaxtıdır. Sadə ermənilər nostalji ilə yaşayırlar, hər şeyin keçmişdəki kimi olmasını istəyirlər. Dağlıq Qarabağ münaqişəsi mütləq həllini tapacaq. Buna mane olmağa çalışan Ermənistandakı Sarkisyan-Köçəryan quldur rejimidir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib. Bu dəstə zor gücünə əsaslanır və onlar zor qüvvələri ilə də hakimiyyətdən uzaqlaşdırılacaqlar. Bundan sonra isə azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim bir ekspert kimi proqnozumdur. Buna xalq diplomatiyası sayəsində nail olunacaq.
“Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı paneldə Vaan Martirosyan Azərbaycandakı multikultural mühitə də diqqəti çəkib. Bildirilib ki, Azərbaycanda çoxlu sayda erməni sülh və əmin-amanlıq şəraitində yaşayır. Burada ermənilərə məxsus abidələr qorunur, Ermənistanda isə azərbaycanlılara aid məscidlərin, abidələrin hamısı dağıdılıb.
Qarşılıqlı fikir mübadiləsi ilə davam edən konfransın sonunda iştirakçılar adından müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Azərbaycanda 30 min erməni rahat yaşayır. Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32

