Dördüncü sessiya: Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi
18.11.2016 [10:25]
Sessiyanın moderatoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan V Konqres çərçivəsində multimedianın gələcəyi ilə bağlı aparılan müzakirələrin aktuallığını vurğuladı. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən Fərid Əyyar qeyd etdi ki, Konqresdə dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri bir araya toplaşaraq jurnalistikanın əsas hədəflərini müəyyənləşdirməyə çalışırlar. Burada xəbər agentliklərinin gələcəyinin necə olacağı ilə bağlı məsələlər müzakirə edilir. Çox mürəkkəb görünən bu gələcək çağırışlarla doludur. Bu gün də multimedianın gələcək prinsipləri və ümumiyyətlə jurnalistikanın aktual problemləri barədə fikir mübadilələri aparılır.
“DMA-Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin VEİ Konqresdə səslənən ideyaların, irəli sürülən təkliflərin faydalı olacağını deyib. O, özünün də jurnalistika təlimləri ilə məşğul olduğunu diqqətə çatdırıb, sosial və mobil mediaların rolundan danışıb. Coan Lin Vei, həmçinin medianın müasir texnologiyaya böyük ehtiyacı olduğunu bildirib. Onun fikrincə, mobil media bu gün izləyicilərin daha çox marağına uyğundur. Bu, həmçinin çox güclü təsir vasitəsidir.
Fransanın France Press agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart çıxış edərək öz təcrübələrini sessiya iştirakçıları ilə bölüşüb. AFP adlı layihənin müəllifi olduğunu vurğulayan Erik Vişart bu layihənin jurnalistlər üçün böyük maraq kəsb edəcəyini bildirib. O, jurnalistlərin etik davranış qaydalarından xəbərdar olmalarının önəmini qeyd edib, həmçinin multimedia sahəsinin inkişaf etdirilməsi üçün müxtəlif səpkili təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışan Erik Vişart bu işin üstünlüklərini və daha özəl məqamlarını diqqətə çatdırıb. O deyib ki, jurnalist xəbəri ədalətli və mənbədən düzgün şəkildə oxucuya çatdırması üçün xarici dilləri bilməlidir.
Meksikanın Notimex agentliyinin baş icraçı direktoru Aleksandro Ramos Eskivel “XXI əsrin jurnalisti” mövzusundan bəhs edib. O deyib ki, jurnalist yeni çağırışlara cavab verməli, ənənəvi mediadan çıxmalı, araşdırma üsullarını gerçəkləşdirməli, xəbəri daha operativ və peşəkarlıqla çatdırmalıdır. Baş icraçı direktor bildirib ki, rəqəmsal jurnalistikada mübadilə vacibdir və ən əsası düzgün hədəf seçilərək ona doğru irəliləmək lazımdır.
“Los-Angeles Times” qəzetinin icraçı redaktor müavini Skot Kraft isə deyib ki, jurnalist ilk növbədə insanların psixologiyasını öyrənməlidir. Bu, xəbər hazırlayarkən necə davranmalı olduğunu bilmək üçün vacibdir. O, videoxəbər hazırlayarkən jurnalistin tətbiqlərinin üstünlüklərindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb, birbaşa informasiya mənbəyinə çıxış imkanı verən sosial şəbəkələrdə və digər platformalarda canlı yayımın vacibliyini qeyd edib.
Sessiyaya yekun vuran UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida multimedia məhsulunu istehlakçıya çatdırmağın yolları haqqında danışıb. Qeyd edib ki, bu gün sosial media çox öndədir və artıq bütün dünya bunu qəbul edir. Jurnalistin işinin cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarət olduğunu diqqətə çatdıran Qetaçyu Enqida media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması sahəsində aparılan işlərin daha da intensivləşdirilməsinin əsas məsələlərdən olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

