Baş nazirin müavini Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə baş çəkib
19.11.2016 [10:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinə gedib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Əli Həsənov əvvəlcə kənddəki vəziyyətlə tanış olub, sonra burada yaşayan yeganə ailəyə baş çəkib. Yeddi nəfərdən ibarət Həziyevlər ailəsi 23 ildir ki, Cocuq Mərcanlı kəndində yaşayır.
Ailənin başçısı Oktay Həziyev Baş nazirin müavini ilə söhbət zamanı bildirib ki, kənd işğal ediləndən sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşmış, orada bəzi insanların biganə münasibətilə rastlaşmışdılar. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş doğma kəndlərinə qayıdıblar. Doğma yurddan uzaqda yaşamağın çətin olduğunu deyən Oktay Həziyev yenidən Cocuq Mərcanlı kəndində yaşamaqdan qürur duyduğunu ifadə edib.
Baş nazirin müavini söhbət zamanı Horadiz əməliyyatından danışaraq qeyd edib ki, Ermənistanın qondarma prezidenti Sarkisyan Beyləqan rayonunu da işğal edəcəklərini bildirmişdi. Xalqımızın Ümummilli lideri Heydər Əliyev 1993-cü ilin noyabrında yaranmış vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi. Sonra dekabrda hərbiçilərlə görüşdü və Horadiz əməliyyatının planı quruldu. Həmin ilin sonlarında aparılan uğurlu əməliyyat zamanı ordumuz işğal olunmuş bu əraziləri azad etdi. 1994-cü ilin aprel ayında Ulu öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbiçilərlə görüşərək onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına göstəriş verdi.
Oktay Həziyev deyib: “Biz kəndimiz işğaldan azad olunan vaxtdan burada yaşayırıq. Kənddə həyatımız üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan Ordusu var. Burada əkin-biçinlə, heyvandarlıqla məşğul oluruq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. 600-ə yaxın xırda, 70-ə yaxın iri buynuzlu mal-qara, 300-ə yaxın toyuq-cücə saxlayırıq. O cümlədən arıçılıqla məşğul oluruq. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün bizə “Aqrolizinq” ASC tərəfindən texnikalar verilib. Kəndimizin suyu, elektrik enerjisi, qazı, bir sözlə, hər cür şəraitimiz var. “Lələtəpə” yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Prezidentimizin “Lələtəpə” yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi bizdə qürur hissi və böyük ruh yüksəkliyi yaratdı”.
Baş nazirin müavin qeyd edib ki, Horadiz əməliyyatı kimi aprel döyüşləri də Azərbaycan tarixinin şanlı səhifələridir. Prezident İlham Əliyev “Lələtəpə” yüksəkliyindən bütün dünyaya, eləcə də Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. Qüdrətli ordumuz istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Əgər Ermənistan düzgün yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır.
Baş nazirin müavini ilə söhbət zamanı Oktay Həziyevin 84 yaşlı anası Minarə Həziyeva başına gələn hadisələrdən danışıb. Deyib ki, bütün bunlar onu öz yolundan döndərməyib. Ömrünün sonuna kimi doğma kəndində yaşayacaq və bunu övladlarına da tövsiyə edib.
Bu ailənin bütün məcburi köçkünlər üçün nümunə, vətənpərvərlik göstəricisi olduğunu vurğulayan Əli Həsənov deyib: “Bu gün Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda salınan qəsəbələrdə hər cür şəraiti olan evlər təklif edirik. Çünki bu insanlar əvvəllər də rayonlarda yaşayıblar və bizim xalqda torpağa bağlılıq daha güclüdür. Vətən doğulduğun torpaqdan başlayır. Məcburi köçkünlərimiz bunu başa düşməlidirlər. Bakıda ağır şəraitdə yaşamaqdansa, doğma yerlərə qayıtmalıdırlar. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Torpaqlar işğaldan azad olunandan sonra bu cür qəsəbələr həmin ərazilərdə də yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq”.
Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım olunub.
Oktay Həziyev bütün məcburi köçkünlərə, o cümlədən Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onların da qayıdaraq öz kəndlərində yaşamalarına çağırdı: “Bizim ailə 23 ildir öz doğma kəndində yaşayır. Bura bizim doğma torpağımızdır. Torpaqdan güclü heç nə ola bilməz. Bu gün mən özümü çox güclü hiss edirəm. Çünki mən öz doğma vətənimdəyəm”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47

