Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub
06.12.2016 [10:03]
Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib
Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.
Açılış mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovdan, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovdan və parlamentin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən ibarət nümayəndə heyəti təmsil edib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, 11-ci Prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.
Mərasimdə əvvəlcə muzey barədə film nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci Prezident Abdullah Gülün ölkənin siyasi həyatındakı rolundan bəhs edib. Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurulmasında və hakimiyyətə gəlməsində Abdullah Gülün də mühüm xidmətləri olduğunu vurğulayaraq deyib: “Ölkəmizdə siyasi tarix muzeylərinin yaradılması gözəl ənənəyə çevrilib. Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın yaradılması bu ənənənin növbəti nümunəsidir. Dünyaya səs salan xoş sədaların belə gözəl məkanlar vasitəsilə gələcək nəsillərə ötürülməsi mədəniyyətimizə və tariximizə verilən ən böyük töhfədir”.
Türkiyənin 11-ci Prezidenti Abdullah Gül muzeydə Türkiyənin ən müasir siyasi tarixinə dair ətraflı məlumat almaq imkanının yaradıldığını qeyd edib. Bildirib ki, bu muzeyin ziyarətçiləri Türkiyə tarixi ilə bağlı ətraflı məlumat əldə edə biləcəklər. Abdullah Gül muzeyin və kitabxananın yaradılmasında xidmətləri olan şəxslərə təşəkkürünü bildirib.
Son 14 ildə Türkiyədə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Baş nazir Binəli Yıldırım bu uğurların qazanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 11-ci Prezident Abdullah Gülün mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.
Sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilib.
Ümumi sahəsi 7000 kvadratmetr olan muzeydə doqquz bölmə yaradılıb. Muzeydə nümayiş etdirilən sənədlər, fotoşəkillər və digər eksponatlar alimlər, tədqiqatçılar, tələbələr, eləcə də Türkiyənin siyasi tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.
Xəbər lenti
Hamısına baxElm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20

