Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsmayıllıda “Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirilib

İsmayıllıda “Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirilib

17.07.2026 [16:03]

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri İsmayıllı rayonunda təşkil olunub.

Tədbirdə “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri, layihə rəhbəri Kənan Qubadzadə çıxış edərək layihənin məqsədi barədə ətraflı məlumat verib.

O bildirib ki, layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların yaratdığı sosial, psixoloji və hüquqi fəsadlar barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmləndirilməsinə töhfə verməkdir.

Qeyd olunub ki, layihə çərçivəsində yeniyetmə və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin əhəmiyyəti və gender bərabərliyinə əsaslanan ailə modeli ilə bağlı məlumatlılığın artırılması hədəflənir. Bu məqsədlə müxtəlif maarifləndirici tədbirlər keçirilib, iştirakçılara qanunvericilikdən çıxarışlar və digər məlumatlandırıcı materiallar təqdim olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, həmçinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək erkən nikahların qarşısının alınması, sağlam ailə dəyərlərinin təbliği və gənclərin maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31