Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
23.12.2016 [09:42]
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil ediblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə arasında milli, tarixi, mədəni köklərə əsaslanan qardaşlıq və dostluğun səciyyəvi rəmzi olduğu ifadə olunub.
Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki sabitliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlığımız dilə gətirilib, terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirilib. Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına birgə əminlik ifadə edilib.
Həmçinin Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edilib, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub. Ölkələrimiz arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkilib.
Görüşdə, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

