/ / Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycan ilə İranın uğurlu əməkdaşlığının bariz göstəricisidir
Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycan ilə İranın uğurlu əməkdaşlığının bariz göstəricisidir
18.01.2017 [10:08]
Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən mühüm layihələrdən biridir. Bu, eyni zamanda, Azərbaycan ilə İranın birgə uğurlu əməkdaşlığının bariz göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 17-də İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr günbəgün inkişaf edir. “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə bir çox oxşarlıqlar var”, - deyə Əli Həsənov vurğulayıb.
Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında Ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayan Əli Həsənov qeyd edib ki, bu əməkdaşlıq Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.
İran şirkətlərinin Azərbaycanda bir sıra layihələrdə iştirak etdiyini, o cümlədən yanvarın 16-da təməli qoyulan əczaçılıq zavodunun əhəmiyyətini diqqətə çatdıran Baş nazirin müavini deyib: “Bu gün Azərbaycan dinamik inkişaf edir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq həddi 49 faiz idisə, bu gün 5 faizə enib. İqtisadiyyatımızın neftdən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkədə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Azərbaycanın əsas məqsədlərindən biri inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına çıxmaqdır. Bu, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəddir və buna nail olacağıq”.
Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe nümayiş etdirir, bir-birilərini dəstəkləyirlər. İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.
“Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı bir çox qərar və qətnamələr qəbul etsələr də, onların heç biri yerinə yetirilmir. Beynəlxalq tədbirlərdə, xüsusən BMT tədbirlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən İran İslam Respublikası Azərbaycanın haqlı mövqeyinə həmişə müsbət yanaşıb və səsvermələrdə Azərbaycan ilə birgə olduğunu nümayiş etdirib”, - deyə Əli Həsənov vurğulayıb.
Baş nazirin müavini respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi, iqtisadi vəziyyətinin ağır olduğu vaxtlarda İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara (“Hilal Əhmər”) Cəmiyyəti kimi humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini diqqətə çatdıran Əli Həsənov deyib: “Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Dövlətimizin başçısının atdığı bu addım Azərbaycanın İslam aləminin həmrəyliyinə verdiyi önəmin göstəricisidir. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc və mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”.
Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii diqqətə çatdırıb ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibində ölkə parlamentindəki nüfuzlu şəxslər - dostluq qrupunun üzvləri, komitə rəhbərləri, rəyasət heyətinin üzvləri təmsil olunur: “Bu, İranın Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirmək istəyinin göstəricisidir. Biz Azərbaycanın gündən-günə inkişafını, abadlıq-quruculuq işlərini, yeni-yeni binaları, insanların rifah halının yaxşılaşmasını gördükdə çox sevinirik”.
Əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əli Rəbii deyib: “Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq. Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində də böyük işlər görülür, birgə layihələr reallaşdırılır. Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir. Hazırda Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində də əməkdaşlıq üçün real imkanlar var”.
Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

