Elman Nəsirov: Bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, deməli sabah Şuşaya, Xankəndiyə qayıdacağıq
26.01.2017 [09:56]
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyinə səbəb olub.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Elman Nəsirov qeyd edib ki, dövlətimizin başçısının bu qərarı aprel döyüşlərinin uğurlu nəticəsidir. Hamı bilir ki, aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tarixində çox şərəfli bir səhifədir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad etdi və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
Milli Məclisin deputatı deyib: “Dövlətimizin başçısının bu Sərəncamı ilə hər bir azərbaycanlıda inam daha da artdı ki, biz artıq torpaqlarımızı geri qaytarmağa başlamışıq. Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və Prezidentin imzaladığı bu Sərəncam onu göstərir ki, biz böyük bir yolun başlanğıcındayıq. Biz hədəflərimizi bilirik. Hədəflərimiz işğal altındakı bütün torpaqlarımızı geri qaytarmaqdır. Biz artıq bunu edirik və konkret nəticələrimiz göz qabağındadır. Bu gün cəmiyyətimiz böyük ruh yüksəkliyi ilə yaşayır. Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş 190-dan çox ailə öz doğma kəndlərinə köçmək arzusunda idi və dövlətimizin başçısı artıq onların bu arzusunu reallaşdırdı. Bu Sərəncamın həm də böyük bir rəmzi mənası var. Bu, o deməkdir ki, bu gün biz əgər Cocuq Mərcanlıya qayıdırıqsa, deməli sabah tamamilə Cəbrayıla, ondan sonra Füzuliyə, Ağdama, Kəlbəcərə və işğal altında olan digər ərazilərimizə qayıdacağıq. Cocuq Mərcanlıya qayıdış Şuşaya, Xankəndiyə qayıdışın başlanğıcıdır”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

