/ / Eldar İbrahimov: Həyata keçirilən islahatlar Azərbaycanın daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir
Eldar İbrahimov: Həyata keçirilən islahatlar Azərbaycanın daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir
16.02.2017 [10:07]
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar bir çox sahələri əhatə edir. Həyata keçirilən tədbirlər Azərbaycanın daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Azərbaycanda hüquqi sahədə də islahatların davamlı xarakter alması təqdirəlayiqdir. Onun sözlərinə görə, bu baxımdan, Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı tarixi və inqilabi əhəmiyyətli bir sənəddir.
“Cənab Prezidentin bu addımı insanların problemlərinin həlli istiqamətində görülən növbəti tədbirlərdən biridir”, - deyən E.İbrahimovun sözlərinə görə, Azərbaycan xalqı mütəmadi olaraq dövlət başçısının ölkəmizin güclənməsi istiqamətində atdığı addımların şahidi olur. Hələ ötən il dövlət başçısının Azərbaycanda islahatların yeni mərhələsinin başlandığını elan etməsini xatırladan YAP İdarə Heyətinin üzvü bildirib ki, 2016-cı ildə başlanan köklü islahatlar hazırda da uğurla davam etməkdədir. Bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsini, hüquqi məsələləri, iqtisadi inkişafı, sosial sahəni və s. məsələləri əhatə edir. Bu yöndə növbəti addımların da atılacağı istisna deyil və gözləniləndir.
E.İbrahimovun qeyd etdiyinə görə, bu günlərdə iki nazirliyin birləşdirilməsi və idarəetmənin çevik sistemə keçirilməsi, cəza sisteminin humanistləşdirilməsi ilə bağlı sərəncamlar da bu qəbildəndir.
“Cəza sisteminin humanistləşdirilməsi o deməkdir ki, insanlara buraxdığı səhvə, xətaya görə yenidən islah olmaq imkanı veriləcək. Bu, bir tərəfdən, insanları buraxdığı səhvə görə mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azadolma kimi alternativ variantları var. Bu həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin azmüddətli cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək. Bir sözlə, bu Sərəncam öz əhəmiyyətinə görə çox inqilabi və tarixi Sərəncamdır”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E.İbrahimov, eyni zamanda, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə imzaladığı Fərmanı da yüksək dəyərləndirib. O qeyd edib ki, bu da dövlət başçısının məcburi köçkünlərə, onların problemlərinin həllinə diqqətinin və qayğısının növbəti təzahürüdür: “Bildiyiniz kimi, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini də daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb. Prezidentin bu Fərmanı bütün bunları bir daha təsdiq və əyani sübut etdi. Bütün bunlara görə də ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Biz, doğrudan da, xoşbəxt xalq və dövlətik ki, Heydər Əliyev kimi Ümummilli liderimiz, İlham Əliyev kimi Prezidentimiz var”.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45

